Beyləqanın İcra Başçısının adı blogerin həbsində hallanır - BU NƏDİ BELƏ?
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin adı ictimai fəal, bloger Anar Zeynalovun sifarişli həbsində keçir.
İddia edilir ki, icra başçısının adnının Anar Zeynalovun həbsini sifariş edənlər sırasında çəkilməsinə əsas səbəb blogerin icra başçısının qanunsuz əməllərini və korrupsiya cinayətlərini ifşa etməsi, həmçinin də bu barədə yuxarı orqanlara ünvanladığı şikayət məzmunu ilə bağlıdır.
Bildirilir ki, icra başçısı xeyli vaxt imiş ki, Anar Zeynalovu həbs etdilməsinin mümkün yollarını arayırmış. Hətta bilgilərə görə icra başçısının göstərişi ilə müxtəlif vaxtlarda Anar Zeynalova qarşı cinayət işi açılması üçün rayonun hüquq mühafizə orqanlarında arasdırmalarda başlanılıb. Lakin ortaya atılmış ittiham sübut olmadığından cinayət işinin başlanılması rədd edilib. Bu dəfə, necə deyərlər, Anar Zeynalov ona tikilən “torba”ya düşüb. Belə ki, Anar Zeynalova qanunsuz torpaq zəbtetmə maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaqa göndərilib.
Prosessual normanın tələblərinin pozulması ilə davam edən ibtidai istintaq mərhələsi yekunlaşaraq Beyləqan rayon məhkəməsinə göndərilib. Və icra başçısı Asif Ağayev Anar Zeynalovu “bitirmək”, üçün son “düymə”yə basır. Və hakimin dili ilə Anar Zeynalova hökm oxunur. Hakim Ramiz Nurullayev icra başçısının sifarişi ilə cinayət işinin dəlillərini araşdırmadan Anar Zeynalovu həbs edir.
Beyləqan rayon məhkəməsinin 26.10.2022-ci il tarixli hökmü ilə Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (qanunsuz torpaq zəbetmə) təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilir. Qeyd edək ki, Anar Zeynalov barəsində irəli sürülmüş ittihama görə, o, Beyləqan rayon bələdiyyəsinin mülkiyyətində olan 48 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edib. P.S. İndiyənə qədər kiminsə 48 kv.m torpaq sahəsinə görə, hətta nəinki 48, ümumiyyətlə zəbtetmə ilə həbs edildiyi faktına rəst gəlməmişəm. Əgər belə olsaydı, onda gərək ölkədə hər kəs dəmir barmaqlıqla arxasından boylanmalı idi. Görünür, Beyləqan rayon məhkəməsinin sədri (hökm oxuyan hakim) Ramiz Nurullayev Anar Zeynalovu bu maddə ilə həbs etməklə analoqu olmayan bir həbsə imza atmaq istəyib. Əslində deyim ki, bacardı da… RealMedia.az