Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları 
qəbul edib. Qəbulda 29 nəfər vətəndaşın müraciəti dinlənilib.

Şəhid ailələri və qazilər 
növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə 
təmin olunma, mənzil növbəsinin tezləşdirilməsi, maddi yardım, həyətyanı torpaq sahəsi 
ilə bağlı mübahisə, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, 
bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, suvarma suyu ilə təminat, 
Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, fərdi yaşayış evinin 
tikintisi üçün icazə və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon 
rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər 
qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq 
izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.
Tarix: 29-11-2022, 21:31
Xəbəri paylaş





Xəbər lenti