Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar
qəbul-görüşü rayonun Sarıcalı kənd İƏD üzrə nümayəndəliyinin Zolgəran kəndində
keçirilib.Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və
ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd
sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər
haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan
tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması
üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan
Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və
qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə də məlumat verib.
Bildirilib ki, Zolgəran kəndinin 675 hektar ərazisi, 75 təsərrüfatı, 340 nəfər əhalisi
var. Ərazidə 1 modul tipli məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 ticarət obyekti
fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi
işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 102 baş iribuynuzlu, 450 baş xırdabuynuzlu heyvan, 1400 baş quş
saxlayırlar.
Zolgəran kəndində son üç ildə 5 ədəd subartezian quyusu təmir edilib, əkin
sahələrinə gedən su arxları 3 km məsafədə lildən təmizlənib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən
nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən
nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin
aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Gülnarə Qasımova kəndə əlavə internet xəttinin çəkilməsi,
Şükufə Orucova kənddə sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərinin görülməsi,
Minarə Abbasova kənddə aşma təhlükəsi olan ağacların budanması, Elbrus Əsədov
örüş üçün torpaq sahəsinin ayrılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb,
rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-12-2022, 21:51