İcra başçısı daha bir qazi ailəsi ilə görüşüb



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə 
orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə 
Zolgəran kəndində 3-cü dərəcəli Vətən  müharibəsi əlili Orucov Elşad Lətif oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 
rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elşad kimi igid oğulların sayəsində 
qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq 
öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən 
hərbi qulluqçusu Elşad Orucov Talış-Suqovuşan və Murovdağ istiqamətlərində gedən 
döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq 
Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" və 
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi 
iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 2 övladı var. 
Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan 
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz minnətdarlığını bildirib.

Tarix: 1-12-2022, 21:58
Xəbəri paylaş





Xəbər lenti