"Qazaxda iş tapmaq üçün bu şəxslərin qohumu olmaq lazımdır" - İDDİA // VİDEO





Qazax sakinləri susmur...
Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinə müraciət edən, "Kanal14" YouTube kanalımızda canlı efirdə yerli icra orqanları və məmurları barəsindəki şikayətlərini səsləndirmək istəyən Qazax sakinlərinin ardı-arası kəsilmirdi.

Əslində indi də var. Amma, görünür Qazaxda sakinlərin şikayətçi olmasından narahat olan məmur yoxdur.
Özləri susur, bəlkə də nələrsə etməklə razı saldıqları 1-2 "tərif makinası" onların yerinə sakinləri təkzib edirlər.
Halbuki, bu qədər narazılıq, şikayət və tənqidlərə rəğmən nə bir səlahiyyətli şəxs özü bizi arayıb, barələrində deyilənləri təkzib etmir, yaxud narazılıqların aradan qaldırılması üçün tədbirlər görəcəklərinə söz vermir, nə də heçolmasa bizim zənglərimizə cavab vermirlər.
Burdan da belə çıxır ki, deyilənlər doğru olduğu üçün verəcək cavabları yoxdur, nə də o problemləri aradan qaldırmaq fikirləri...

"Mənə deyir, "Ağıllı ol, nə deyirəm onu elə. Kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri elə mənim oğlumdur""- ŞOK İDDİALAR // VİDEO

"Rəcəb Babaşov şəhidlər xiyabanının bir hissəsini satıb" - İDDİA//VİDEO

Dəfələrlə Qazax sakinləri "Kanal14"ün efirində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradıb, İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovdan, onun müavinlərindən, həmçinin hər kəs öz kəndinin icra nümayəndələrindən gileyləniblər.

Qazax rayonundan Məzahir Əliyev adlı vətəndaş da "Kamalın zamanı" proqramında Qazaxda şəhərin özündə baş alıb gedən antisanitariyadan, küçələrin natəmizliyindən, küçələrdən süpürülmüş tullantıların şəhərin mərkəzində yandırmaqla ekologiyanın çirkləndirilməsindən, ən əsası isə örüş torpaqlarının qanunsuz olaraq, təsərrüfat məqsədilə istifadə olunmasından danışıb.

Ətraflı videoda:



Yeri gəlmişkən, diqqət etdinizsə Məzahir Əliyev rayondakı işsizlik probleminə də toxundu və iş tapmaq üçün də İcra Hakimiyyəti başçısının müavinləri Məmməd Alıyev, Gülayə Həsənova və Şəhər İcra nümayəndəsi Akif Vəliyevin qohumu olmağın "vacibliyini" xüsusi vurğuladı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Tarix: 2-12-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti