Dekabrın 5-də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Rayon İcra
Hakimiyyətinin, Tərtər rayon Gəncər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Tərtər nümayəndəliyinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri
ilə görüş keçirib.Könüllülər əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə
Kompleksini ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında dəyirmi masa arxasında davam
etdirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov könüllü gəncləri 5
dekabr Beynəlxalq könüllülər günü münasibətilə təbrik edərək könüllüllük hərəkatının
əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət
orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün
sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və
təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını
dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha
geniş təşviq edilməsinə başlandığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və
tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu,
gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab
İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli
olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da
gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd
olunduğunu nəzərə çatdırıb. Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və
Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün olmadığını
bildirib. Qeyd olunub ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 10 nəfəri Tərtər
rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi
qiqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətində könüllü kimi 2 ay müddətində işləyib
müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon icra hakimiyyətinin
başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim olunub.
Tarix: 5-12-2022, 22:41