Təqribən iki ay əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.
Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.
Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".
Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib, canlı efirə bağlanmaq istədiyini bildirdi.
"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".
Şükür İsmayılovun bu narazılığından sonra özünün redaksiyamıza bildirdiyinə görə daha kimsədən pul yığılmadı.
Beləcə bir neçə gün də keçdi...
İndi də Şükür İsmayılov bizə zəng edib deyir ki, "pul yığımını dayandırandan bəri, işi də dayandırıblar, iş qalıb yarımçıq. Hələ də bizə su verilmir".