Molla rejiminin anti-Azərbaycan siyasəti və Ermənistanla sıx hərbi əməkdaşlığı


Keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin 44 günlük Vətən müharibəsi ilə həll edilməsi bu münaqişənin yaranmasında maraqlı olan dövlətləri hələ də ciddi şəkildə narahat edir. 
Belə ölkələrdən biri İrandır. Ümumiyyətlə İran Azərbaycanın güclənməsinə, regionda söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb. Təsadüfi deyil ki, molla rejimi dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atmaqdan da geri durmayıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejimi, hətta öz çirkin niyyətinə çatmaq üçün torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən Ermənistanla sıx əməkdaşlıq edib; hərbi, iqtisadi, siyasi yardımları əsirgəməyib. Ali dini liderin xeyir duası ilə verilən raketlər Molla rejiminin anti-Azərbaycan siyasəti və Ermənistanla sıx hərbi əməkdaşlığı hazırda da davam edir. Misal üçün, rəsmi Tehran bu ilin oktyabr ayında gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir. Diqqətçəkən məqam budur ki, raketlər Ermənistana hədiyyə olaraq verilib. Aydın məsələdir ki, İranın Ermənistanı silahlandırması birbaşa bu ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin xeyir-duası ilə gerçəkləşir. “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə istehsal edilib. “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. Aydın məsələdir ki, İranda bu kimi mühüm qərarlar Xameneinin tapşırığı olmadan həyata keçirilə bilməz. Əli Xamenei təkcə Ermənistana raket, silah-sursat göndərilməsinə xeyir-dua verməyib, bu silahları istifadə edəcək kadrları yetişdirmək üçün xüsusi mütəxəssislər də göndərib. Baş mollanın Qarabağı qana bulama planı Noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. İranlı mütəxəssislər Qarabağa diqqət çəkməmək üçün məhz iki qrup halında gətirilib. Lakin hər iki qrupu gətirən şəxsin Ermənistan vətəndaşı Yura Baqdasaryan olması bu iki qrupun bir-biri ilə bağlı olduğunu və eyni tapşırıq ilə gəldiyini təsdiqləyir. “Dehlaviyeh”və “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) komplekslərinin Ermənistana çatdırılmasından bir ay sonra 27 nəfər İran vətəndaşının iki qrup halında Qarabağa gəlməsi deməyə əsas verir ki, bu şəxslər əslində hərbi təyinatlı şəxslərdir və əsas missiyaları qanunsuz erməni silahlı dəstələrə təlim keçməkdir. Noyabrın 24-də 14 nəfərlik birinci qrup birbaşa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün Qarabağa gəldiyi halda, noyabrın 30-dək gələn ikinci qrup öncə Ermənistana, daha sonra Qarabağa gəlib. İran ali dini lideri Əli Xameneinin xeyir-duası ilə həyata keçirilən bu işlər həm də onun növbəti qanlı planının bir parçasıdır. Molla rejimi Ermənistanla Azərbaycan arasında hər an başlaya biləcək bir gərginlik qarşısında İrəvanın və dolayı yolla separatçıların hazır olmasını istəyir. Xamenei 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən Ermənistanın növbəti gərginlik zamanı daha güclü olmasını, beləliklə, Azərbaycan ordusunu həm yormasını, həm də mümkün dərəcədə daha çox itkilərə məruz qalmasını istəyir. Tehran İrəvanı gücləndirərək, Bakının Zəngəzur dəhlizi tələblərini də sıradan çıxarmağa çalışır. Zəngəzur dəhlizi məsələsində  “qırmızı xətt” ifadəsini ilk işlədənlərdən biri məhz İran ali dini lideri Əli Xamenei olub. 
Müəllif: Politoloq Turan Rzayev
Siam.az

Tarix: 8-12-2022, 15:58
Xəbəri paylaş





Xəbər lenti