Gəncənin Məhsəti qəsəbə sakinləri icra başçısından şikayətlənir-Bu mal fermasının üfunətli iyindən nəfəs ala bilmirik-VİDEO+FOTOLAR


Məhsəti qəsəbəsinin sakinləri su , kanalizasiya və yolsuzluq problemindən şikayətlənir.
Bu haqda Dünyanınsəsi.Az saytına Məhsəti qəsəbə sakinləri tərəfindən vido-şikayət daxil olub.
Şikayətçilər qeyd edir ki, yaşadığımız qəsəbənin problemləri ilə bağlı olaraq dəfələrlə Gəncə şəhər İcra hakimiyyətinin başçsı Niyazi Bayramova müraciət etsəkdə heç bir köməklik edilməyib.Əkisnə tapşırıq verib heç bir dövlət qurumları bizi qəbul etmir.Hətta satmış olduğu ərazinin bir hissəsində maldarlıq üçün ferma tikiblər.Bu fermanın tullantılarının üfunətli iyindən nə yayda nə də ki, qışda təmiz nəfəs ala bilirik.Sözügedən ferma Gəncə şəhərində fəaliyyət göstərən “Nur Market”in sahibinə məxsus olduğu bildirilir.

Qəsəbə sakini Əliyev Asəf İlyas oğlu:
“Qəsəbəyə suyu Göygöldən su maşınları gətirir, biz də pul verib alırıq. Hər dəfə eşidəndə ki, su maşını gəlib, hərə əlinə bir neçə suqabı alıb qaça-qaça su almağa gedir. Su maşınının yanında uzun-uzadı növbə olur. Həftədə iki dəfə su alırıq”.
Redaksiya olaraq hörmətli Niyazi Bayramovun diqqətinə çatdırırıq ki, Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, dövlət sanitariya nəzarəti orqanları və baytarlıq idarələri tərəfindən həyata keçirilməlidir.
“Dünyanınsəsi” olaraq inaırıq ki, Məhsəti qəsəbə sakinlərinin səsləndirdiyi problemlər cənab icra başçısı tərəfindən qısa bir zamanda öz həllini tapacaqdır.
Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Qəsəbə sakinin video-şikayətini təqdim edirik:

Tarix: 9-12-2022, 14:52
Xəbəri paylaş





Xəbər lenti