İcra başçısı Yenikənd kəndində şəhid Qasımov Azərin ailəsi ilə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə 
orqanlarının rəhbərləri ilə birlikdə Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun 
 ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun 
Yenikənd kəndində  anadan olub.
Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı 
Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi 
və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən 
müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Azər 
Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd 
kəndində dəfn olunub.        
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və 
hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə 
yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər 
Qasımov ölümündən sonra "Vətən uğrunda" və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsi doğulub boya-başa çatdığı kənddə 
əbədiləşdirilib. Onun adı Yenikənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və 
şəhidlər abidə kompleksinə həkk olunub.
O, ailəli idi, 4 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  
minnnətdarlıqlarını bildiriblər.
Tarix: 8-12-2022, 21:33
Xəbəri paylaş





Xəbər lenti