Ucar rayonu Koroğlu küçəsi ev 24 sakini Ələkbərov Oktay Qüddəsər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"Oğlum Ceyhun Ələkbərovu işə qoymaq üçün Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlıya onun baş mühasibi Rafayıl Rəsulovun vasitəsi ilə borc-xərc edib 2500 manat pul vermişəm.Bundan sonra oğlum Ceyhun Ucar xəstəxanasında sanitar vəzifəsinə təyin edildi.Oğlum komputer meneceri məktəbin oxuyub deyə baş həkimə dedim ki, oğluma münasib iş verin.Həkim mənə dedi ki, az vaxtdan sonra sənə deyiləcək operator vəzifəsinə işini dəyişəcəm.Bundan bir az sonra baş həkimin sağ əli baş mühasib Rafayıl Rəsulov mənə dedi ki, get tez 1000 manat gətir oğlunu bu gün operator vəzifəsinə dəyişirik. Mən gedib tez borc və sələm alıb gətirib mühasib Rafayıl Rəsulova verdim.Oğlum Ceyhunu operator vəzifəsinə dəyişdilər. Bundan 6 ay sonra mənim oğlumu gözüm -çıxdına saldılar.Hər dəfə müxtəlif bəhanələrlə oğlumdan nöqsan axtardılar.Həttda oğlumun iş dərəcəsin altıdan beşə endirdilər. Xəstəxananın direktoru oğlum Ceyhuna məcbur edib öz xoşunla ərizəni ver işdən çıx yoxsa səni elə günə qoyacam ki, biabır olub buradan qaçacaqsan.Mən xəstəxananın direktoru Zeynal Bayramlının yanına gedib dedim ki, niyə belə edirsiniz mənə dedi ki, sənin oğlunun buynuzu çıxıb onu qopardacam.Çox söz söhbətdən sonra oğlumu otaqdan çıxarıb dəhlizdə iş verib.Ağır cərrahiyyə əməliyyatından çıxmış oğlum soyuq dəhlizdə oturur. Mən bu korrupsioner direktor Zeynal Bayramlının əlindən özümü öldürmə həddinə çatmışam.Əgər oğlumu operator işinə qaytarmasa, dərəcəsini altı etməsə və verdiyim 3500 manat pulumu geri qaytarmasa özümü yandırıb intihar edəcəm.Bunun məsuliyəti isə bir başa xəstəxananın direktoru Zeynal Bayramlının üzərinə düşəcək. Qeyd edim ki, Ucar rayon mərkəzi xəstəxanasının baş mühasibi Rafayıl Rəsulovun ali təhsili yoxdur onun diplomu saxtadır.Xəstəxana əməlli başlı korrupsiya yuvasına çevrilib.Zeynal və Rafayıl cütlüyü xəstəxananı iflic ediblər. Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in sədri cənab Zaur Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb 3500 manat pulumu ələ keçirmiş məni intihar həddinə çatdırmış Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və saxta diplomlu baş mühasibi Rafayıl Rəsulovun barəsində təcili tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
QEYD: Bildirək ki, dünən sözügedən baş həkimin adı daha bir qalmaqalda hallanmışdı: