Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr
müasir standartlara uyğun olaraq yenidən qurulur.Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin
adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov,
İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü
dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun Əhmədzadə,
“Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və Nəsimi, Məmməd Əmin Rəsulzadə,
Rəsul Rza, Qafur Məmmədov, Firudun bəy Köçərli, Mikayıl Müşviq, Həsən bəy Zərdabi,
Əbdulrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu, Fikrət Əmirov, Heydər Hüseynov,
Abbas Mirzə Şərifzadə, Yüsif Vəzir Çəmənzəminli, ümumilikdə 24 küçəyə əsaslı təmirdən
sonra asfalt örtüyü çəkilib.
Hazırda Nizami küçəsinin döngələrinə asfalt örtüyü çəkilir.
Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti
qurumların rəhbərləri ilə şəhərin asfaltlanma işləri aparılan küçələrində görülən işlərlə
yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sakinlər görülən işlərdən razılıq edib, küçələrdə aparılan tikinti-abadlıq işlərinə görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 9-12-2022, 22:19