Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib



Müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə 
nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə 
yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq 
operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin 
olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli 
istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına 
kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, 
vətəndaşlar tərəfindən payızlıq əkinlərin ilin sonunadək bəyan edilməsi, nizam-intizam 
qaydalarına riayət olunması, rayon ərazisində abadlıq quruculuq işlərinin aparılması, 
yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması məsələləri 
müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika 
İdarəsinin rəisi Ədalət Məmmədov və digərləri  çıxış ediblər.
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq 
tapşırıq və tövsiyələrini verib.
Tarix: 9-12-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti