Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin özbaşınalığa görə kim cavab verməlidir? – NARAZILIQ VAR! Əsas Manşet
REDAKSİYA SEÇİMİ 15 Dekabr 2022 Gəncə şəhər sakini Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən,Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasından eləcə digər dövlət qurumları tərəfindən süründürməçiliyə məruz qalmasından şikayətlənir. Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisii Həsənova Cənnət Niyaz qızı tərəfindən şok video-şikayətlər daxil olub. Belə ki, ağır xəstəliklərdən əziyyət çəkməklə respubilkanın mötəbər xəstəxanalarında müayinə və müalicə olunan şikayətçinin hər yerdə hüquqları pozulmaqla süründürülür.Hətta şikayətçi qeyd edir ki, xəstəliyi ilə bağlı Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasının Nevroloqu Düristkarı Vaqif ondan tələb etdiyi rüşvəti imkanı olub verə bilmədiyindən xəstəxnadan xaric edib.Hazırda Düristkarı Vaqif Gəncə şəhəri İstanbul Genetics Klinikasında çalışır.Həm də şikayətçi Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən incidildiyinidə qeyd edib.
Belə ki, şikayətçinin xəstəlik bületeyini ola-ola onu Gəncə MKTİN-nin baş mühasibi qəbul etmir.Bildirir ki, get kimə şikayət edirsən et.Yənu bu dövlət qurumunda qanunlar ayaqlar altına atılmaqla hər kəs özünü bir “ağa” kimi aparır. İcra Hakimiyyəti başçılarının əsas gəlir mənbələrindən birinin də rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin olduğu, son vaxtlar bir neçə vəzifəli şəxs həbs olunduqdan sonra üzə çıxdı.Bu hadisələrdən sonra sözügedən təsərrüfat idarələrində mənzil fonduna ayrılmış dövlət vəsaitlərinin demək olar çox böyük hissəsinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi faktı sanki, rəsmi şəkildə təsdiqini tapdı.Məlum olduğu kimi,son illər sözügedən qurum icra başçısının yeganə qazanc mənbəyi olduğundan bu idarədən olan şikayətlərə baxılmır.Məhz buna görədə vətəndaşlarımız son ümid yeri kimi mətbuat orqqanlarına üz tutmlı olurlar.Medianın nə topu var nə də ki, topxanası.Media orqanın bir imkanı var ki,o da vətəndaşın şikayətini işıqlandırmaq. Şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya eləcə də Baş Prokuror Kamran Əliyev cənablarına üz tutuaraq müraciət edir ki, onun bir vətəndaş kimi şikayətinə baxılmasına aidiyyatı üzrə göstəriş versinlər. Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Gəncə sakinin video-şikayətini təqdim edirik: