İcra Hakimiyyətinin tabeliyindəki idarədə 93 min manatlıq “alış-veriş”
Ağcabədi rayon Yaşıllaşdırma İdarəsinin "Ağcabədi şəhəri küçələrinin işıqlandırılmasına ehtiyac olan elektrik lampaları və digər avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.32gun.az-ın məlumatına görə tenderin qalibi "BUTA SUPPLY" MMC olub.
Tərəflər arasında 92.979,28 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarənin müsabiqəsinə əsasən Led konsol işığı, İzolyasiya lenti, Yanmaz spiral boz telli, Fasad işığı, kabel, Led lampa 13w, Kontaktr uc, İstilik mühafizə açarı (Termik), 3 Fazalı avtomat açar, Bolt,qayka,şayba, qrover ( dəst) m12 və.s alınmalıdır.
Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan "BUTA SUPPLY" MMC-nin qanuni təmsilçisi BƏHRUZ ƏHMƏDOV RİZVAN OĞLUdur.
Xatırladaq ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur.
Tarix: 14-05-2024, 08:14