Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yuxarı Qapanlı kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı
kəndində keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,
ərazi icra nümayəndəsi, bələdiyyə sədri  kənd sakinləri iştirak
ediblər.Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə
gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Yuxarı Qapanlı kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı,
1180 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1
mədəniyyət evi, 3 ticarət oyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1213
baş iribuynuzlu, 1372 baş xırdabuynuzlu heyvan, 4207 baş quş saxlayırlar.
Son üç ildə Yuxarı Qapanlı kəndində kəndarası yollar təmir edilib, su arxları
500 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 400 ədəd eldar şamı,
1500 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Nəriman Əliyev  Əbdüləli Nəcəfov pay torpaq
sahələrinin suvarılmasına köməklik olunması  digər məsələlər ilə bağlı
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 4-07-2024, 14:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}