Afrində şiddətli döyüş - Şəhid və yaralılar var


Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Hac Bilal kəndinin yaxınlığındakı Kəl Təpə bölgəsində terrorçularla şiddətli atışma baş tutub.

Terrorçular 20 yanvardan etibarən bəlkə də ilk dəfə bu qədər çox ağır texnika ilə Türkiyə ordusuna qarşı döyüşüblər. Atışmalar zamanı şəhid və yaralıların olduğu bildirilir. Onların sayı açıqlanmayıb.

Yaralıların bölgədən çıxarılması üçün bir helikopter ərazi yaxınlaşmaq istəyərkən terrorçuların hücumna məruz qalıb və geri qayıdıb. Bir neçə cəhddən sonra yaralıları ərazidən götürərək Hatay rayonundakı xəstəxanalara yerləşdirmək mümkün olub.

Bundan sonra əraziyə çoxlu sayda qırıcı təyyarələr cəlb edilib və terrorçuların sığınacaqları intensive atəşə tutulub. Məlumata görə, 23 terrorçunun məhv edildiyi dəqiqləşib.


Hazırda atışma davam edir.
Tarix: 2-03-2018, 10:57
Xəbəri paylaş





Xəbər lenti