Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

5 fotoda: Bakıda yanğın - azı 25 nəfər ölüb, Sibir soyuğu Avropada və... Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə. 1. Martın 2-də Bakıda, Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində 25 nəfər ölüb.

Yanğın nəticəsində ölənlərın hamısı Narkoloji Mərkəzdə müalicə alan pasientlərdir. Bunu Səhiyyə Nazirliyi bildirib.

Respublika Narkoloji Mərkəzində yanğın barədə nə bilirik? 5 suala cavab


2. Azərbaycanda müəllimlərin əmək haqqı təxminən 46 manat 50 qəpik artıb.

Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır, Təhsil Nazirliyi bildirib.

Müəllimlərin maaşı orta hesabla 46 manat 50 qəpik artıb


3. Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanla Türkiyə arasında "Diplomatik münasibətlər qurmaq haqqında" və "İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında" protokolların ratifikasiya prosesinin ləğv edilməsinə sərəncam verib.

Cənab Sarkisyan bu sərəncamı başa çatmaqda olan prezidentlik müddətinin sonunda verib.

Yerevan Türkiyə ilə münasibətlər yaratmaq haqqında protokolları ləğv edib


4. Sibirdən gələn soyuq havanın təsiri ilə Avropada yağan güclü qar və çovğun xaosa və nəqliyyatın iflic olmasına səbəb olub.

Yağan güclü qar nəticəsində Britaniyada bir çox məktəblər bağlanıb, uçuşlar təxirə salınıb.

London qar yağanda niyə bu qədər çarəsiz olur?


5. İranda futbol matçına getdiyi üçün 35 qadın həbs edilib.

Tehranda baş verən oyundan öncə həbs edilmiş qadınların matç başa çatdıqdan sonra buraxılacağı bildirilib.
Tarix: 3-03-2018, 22:11
Xəbəri paylaş





Xəbər lenti