Deputat Elmar Məmmədyarova irad tutdu- "AYIBDIR!..."

Deputat Elmar Məmmədyarova irad tutdu- "AYIBDIR!..."
Son dövrlərdə Ermənistan Azərbaycanın işağl olunmuş ərazilərində müxtəlif ölkələrdən, daha doğrusu Surya, Livan və digər ölkəlrədən olan əsasən milliyətcə erməni olan şəxsləri yerləşdirməklə məşğuldur. Bununla yanaşı, işğal olunmuş ərazilərdə infrastruktur, turizm layihələrini reallaşdırmaqla məşğuldurlar.
Gununsesi.info yaranmış vəziyyətlə bağlı millət vəkili Fəzail Ağamalıya müracət edib.
Millət vəkili saytımıza açıqlamasında bildirib ki, ermənilər yaranmış situasiyadan istifadə edərək, Azərbaycanın işğal etdiyi ərazilərdə məskunlaşma siyasətini həyata keçirirlər:
“Bu işğalçılıq siyasətinin vacib elementlərindən biridir. Çünki tarixdə hər hansı ölkə digər ölkənin ərazisini işğal edərkən, orada öz dayaqlarını yaratmaq üçün müəyyən köçürmə siyasəti həyata keçirib. Məsələn vaxtı ilə Rusiya Cənubi Qafqazı, Azərbaycan torpaqlarını işğal edərkən bura “malakanlar” dediyimiz rusları köçürdülər. Düzdür, müasir dövrümüzdə beynəlxalq aləm hər hansı münaqişə və işğal faktı həllini tapmayanadək belə demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsi yolverilməz hal hesab edir.Lakin ermənilər bu prinsiplərə zidd olaraq 19-cu əsrdən başlayaraq Azərbaycan torpaqlarına belə köçürmələri həyata keçirib və bu siyasət günümüzdə də davam etməkdədir. Ona görə də bu çox narahatedici məqam olduğundan buna qarşı qəti tədbirlər görülməlidir”.
F.Ağamalı hesab edir ki, bu cür hallara qarşı sərt təpki göstərilməlidir:
“Bir Azərbaycan vətəndaşı kimi düşünürəm ki, Xarici işlər nazirliyindən bu istiqamətdə ciddi addımlar atmasını gözləyirik. Ancaq təəssüflər olsun ki, XİN müxtəlif diplomatik terminləri Azərbaycan dilinə vətəndaşlıq hüququ qazandırmaqla məşğuldur. Azərbaycanın kəskin mövqeyini ortaya qoymur. Daha çox yumşaldıcı, malalayıcı bir xətti davam etdirir. Bu isə bir vətəndaş olaraq bizdə çox böyük təəssüf hissi doğurur”.
Deputat əlavə edib ki, bu gün Azərbaycan prezidentinin hücum xarakteri daşıyan xarici siyasəti nəticəsində Ermənistan küncə sıxışdırılıb:
“Prezident hücum diplomatiyasını hər zaman önə çəkərək fəaliyyət göstərməyi vacib hesab edib. Elə onun YAP-ın 6-cı qrultayındakı son bəyanatında da göstərmək olar. Ölkə başçısı orada daha kəskin formada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək mövqe ortaya qoyub. Ona görə də XİN ölkə başçısının bu hücum diplomatiyasını daha radikal formada davam etdirərək ermənilərin üzərinə getməlidir. Təəssüflər olsun ki, biz XİN-dən bunu görmürük.
XİN elə ATƏT-in Minsk qrupunun yaxasından yapışıb deiyr ki, Minsk qrupu elə getdi belə getdi… Bir neçə gün bundan qabaq xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamasını oxuyuram. O deyir ki, seçkilərdən sonra danışıqların intensivləşdirilməsi barədə razılığa gəlmişik. Ayıbdır!… Axı torpaqları işğala məruz qalan ölkənin xarici işlər nazirliyinin belə dişsiz mövqeyi olmaz. Biz XİN-dən daha kəskin və radikal addımlar gözləyirik. Bəyanatlar yetər. Artıq ciddi addımlar atmaq zamanıdır. İyirmi ildən artıqdır ki,biz belə bəyanatları eşidirik”.
F.Ağamalı onu da bildirib ki, ona görə də dövlət başçısının yürütdüyü siyasət hansı adiyyatı müvafiq qurumlar tərəfindən peşəkarcasına yerinə yetirilirsə, orada uğurlar var, harada bu cür yanaşmalar var, orada uğurlarımız zəifdir və ya yoxdur. “Təsəvvür edin ermənilər Qubadlı, Kəlbəcər, Laçın, Zəngilanda məskunlaşma ilə yanaşı, müxtəlif infrastruktur, turizm və digər layihələr həyata keçirilir. Yollar çəkilir, yol qırağında otel, iaşə obyektlərinin tikintisini planlaşdırırlar. Bu nə deməkdir?! Odur ki, XİN fəaliyyətini təkcə bəyanat verməklə bitirməməli, ciddi addımlar atmalıdır”.
Mürtəza
Tarix: 6-03-2018, 21:45
Xəbəri paylaş





Xəbər lenti