NATO-nun Avropa komandanı: “Rusiya Ermənistanda 5 minlik qoşun saxlayır...”

NATO-nun Avropa komandanı: “Rusiya Ermənistanda 5 minlik qoşun saxlayır...”
Rusiya NATO-nu sıradan çıxarmağa və dünya düzənini dəyişməyə nail olmağa, habelə ABŞ-ın dünya liderliyini sarsıtmağa, öz qonşuları üzərində dominantlıq edib bütün dünya üzrə təsirlərini yaymağa çalışır.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparotti Senatın silahlı qüvvələr Komitəsində dinləmələr zamanı çıxış edib.

General bildirib ki, Kreml öz məqsədinə nail olmaq üçün bütün vasitələrdən istifadə edir, o cümlədən silahlı qüvvələrdən daha effektiv və qətiyyətli istifadəni həyata keçirir. Skaparottinin sözlərinə görə, Rusiya artıq öz cinahları boyu ölkələrin daxili işlərinə qarışmaq niyyətlərini büruzə verib, o cümlədən Yaxın Şərqdə güc nümayiş etdirib.





“Rusiya sosial şəbəkələrdən və digər kütləvi kommunikasiya vasitələrindən əminliklə istifadə edir, dezinformasiyalar yayır və ABŞ-ın qətiyyətini sınağa çəkir, onu avropalı tərəfdaşlarının gözündən salmağa çalışır”-general Senat qarşısında deyib.

Karrtis Skaparotti bildirib ki, Rusiya Ermənistanda 5 minlik hərbi qüvvə yerləşdirib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən gərginliyə baxmayaraq həm Ermənistana, həm Azərbaycana silah verir. General Ukraynanın şərqində də münaqişənin aktiv fazasının davam etdiyini, Rusiyanın bu münaqişəni dayandırmaqda maraqlı olmadığını bildirib.
Tarix: 8-03-2018, 22:25
Xəbəri paylaş





Xəbər lenti