“Məktəbyaşlı qızların abort edilməsi…” – FOTOLAR, VIDEO


Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”ın canlı yayımında oxuculardan gələn sualları cavablandırdı

“Yeni Müsavat”ın bu dəfəki canlı yayım qonağı təhsil eksperti Kamran Əsədov oldu.

“Azərbaycanda 1200 şagird abort etdirib. Abort etdirənlər 9, 10 və 11-ci sinif şagirdləridir” açıqlaması ilə son günlər gündəm yaradan K.Əsədovla ə həm bu rəqəmlər, həm də orta məktəblərdə yaşanan problemlər ətrafında müzakirə apardıq.

Oxuculardan gələn çoxsaylı suallar əsasında müsahibimiz məktəblilərin dərsdən yayınması, müəllimlərin keyfiyyətsiz dərs keçməsi, eləcə də qəbul imtahanlarına hazırlıqla bağlı mövzulara toxundu. Bir çox məktəblərdəki neqativ hallarla bağlı konkret faktlar təqdim edən oxucularımız K.Əsədovdan onu araşdırmasını və müvafiq qurumlara çatdırmasını xahiş etdilər.

Ekspert isə öz növbəsində məktəblilərin keyfiyyətli təhsil almasında valideynlərin rolu barədə bəzi məsləhətlər verdi.

Qeyd edək ki, qəzetimizin Facebook səhifəsi üzərindən həyata keçirdiyi canlı yayım müsahibəsi 1 saat ərzində 30 minə yaxın oxucuya çatdı, 11.000 nəfərə yaxını isə canlı yayımda onu izlədi.

Sevinc Telmanqızı,
Video Məğrur Mərd
Fotolar: Elçin Əkbərov  

 


Tarix: 12-03-2018, 20:59
Xəbəri paylaş





Xəbər lenti