Bako Saakyanı kim cinayətkar elan etməlidir?


Hikmət Nikbin

“Qondarma DQR” ın “başbiləni” B. Saakyanın ABŞ dövlətinə etdiyi turist səfərinə etirazlar səngimir. Gəlin, tələsməyək, heç də bu etirazlar B. Saakyana qarşı deyil. ABŞ-a qarşıdır. Yəni bu etirazlar onun Azərbaycan Respublikasının vətəndaşl kimi ölkə daxilində Konstitusiyamıza və Qanunlarımıza məhəl qoymadan bölücülük aparmasına, hüquq pozuntusuna qarşı hesablanmayıb. Çox təəssüflər olsun ki, B. Saakyanın və ətrafının qeyri konstitusion əməllərinə, insanlığa qarşı etdikləri cinayətlərinə görə Azərbaycan məhkəmələri heç bir əməli işlər görməyib. Məhkəmələrin susqunluğu hələ də davam edir. S. Sarkisyanın Beynəlxalq hüququ pozaraq, Respublikamızın sərhədlərini keçməsi, Xankəndinə, Şuşaya… cinayət əməlli səfərlərinə də Məhkəmələrimiz reaksiya vermir.
Belə olan halda , Azərbaycan Respublikası tərəfindən cinayətdə suçlanmayan, ən azından hüquq və mühafizə orqanları tərəfindən cinayətkar adlanmayan (yəni məhkəmə qərarı olmayan) B. Saakyanın ABŞ dövlətinə turist səfəri hakimiyyət tərəfindən niyə “qeyzlə” qarşılanır ? Axı səhv idarəçiliyin özündədir. Bildiyimiz kimi, Xarici İşlər Nazirliyi hələ dövləti cinayət əməlində günahlandırılmayan B. Saakyanın səfərinə görə ABŞ-a NOTA da təqdim etdi. Azərbaycan Respublikası tərəfindən axtarışda olmayan, eləcə də Beynəlxalq səviyyədə axtarışa verilməyən, törətdiyi cinayət əməllərinə görə suçlanmayan B. Saakyanı ABŞ öz sərhədləri daxilinə niyə buraxmasın ? Qaldı ki, cinayətkar B. Saakyanın Konqresdəki çıxışına, az qala bunu tale yüklü bir məsələyə çevirmək siyasi səbatsızlıqdır. Çünki Dünyanın istənilən nöqtəsindən istənilən adam (məhkəmələrin cinayətkar kimi tanıdıqlarından başqa) Konqresdə ətrafına 5-10 adam yığıb özünü dinlədə bilər. ABŞ Konqresi AÇIQ qapıdır. Bu gün Azərbaycanda icra hakimlərinin və ya digər vəzifəlilərin “qəbuluna” düşmək cətinliyindənsə, sıravi insalar üçün Konqresdə görüş keçirmək daha asan, daha rahatdır. Dediyim kimi Konqres hamının üzünə açıqdır. ABŞ üçün Azəraycan Respublikasının Qanunlarından qaçan, gizlənən bir “dovşanın” okeanın o tayına keçməsi nəyi isə ifadə etmir. ABŞ idarəçiliyi üçün “dovşanın” görüşləri məzmunsuzdur, mənasızdır, əhəmiyyətsizdir. Sadəcə, mənim üçün bu hakimiyyətin reaksiyası anlaşılmazdır. İcra orqanlarında mühüm vəzifə tutanlar, deputatlar, iqtidar yönümlü politoloqlar, özünü “müstəqil” bilənlər ABŞ-la diplomatik əlaqələrin kəsilməsinə qədər gedən eyhamlı çıxışlar, bəyanatlar verirlər. Bu idarəçiliyə xatırlatmaq yerinə düşər ki, “Qondarma DQR” adlı “xəncəri” Vətənimizin kürəyinə məhz Rusiya dövləti sancıb, ABŞ sancmayıb. Bu “xəncər” Rusiyanın qeyri konstruktivliyi və bu hakimiyyətin bəsitliyi ucbatından bu gün də kürəyimizdədir. Unutmayaq ki,bu iqtidar siyasi meydana təsadüfi düşmüş adamlardan ibarətdir. Siyasi duyumları ən azından hiss etmələri yoxdur. Rusiya müstəqilliyimizlə barışmayan ən təhlükəli, ən qorxunc qüvvədir. O, bizi təhdidlə məşğuldur.Qafqazda Rusiyanın maraqlarına “oynamaq” olmaz. Bu, Azərbaycan Respublikasını “ağ ayının” ağzına atmaq deməkdir. Axı Azərbaycanımızın Rusiyadan da, ABŞ- dan da vacib öz dövlət maraqları var.


Tarix: 19-03-2018, 08:42
Xəbəri paylaş





Xəbər lenti