Qarabağda müharibəni şərtləndirən SƏBƏBLƏR, bir neçə saata STRATEJİ QƏLƏBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

                                  
İşğalçı dövlət kimi Ermənistan daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir. Türkiyə Silahlı Qüvvələri və ASO Tel-Rıfatda nəzarəti tam ələ keçirib. Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb. Rusiya Qərb ölkələrinin kobudluğuna dözməyəcəyini və diplomatların deportasiyasına cavab verəcəyini bəyan edib. Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın 26-27 mart tarixlərində Çinə xüsusi qatarla səfər etdiyini təsdiqləyib.

İşğalçı dövlət kimi Ermənistan daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası vardır. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir".
Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.
“İki il əvvəl Dağlıq Qarabağda baş verən aprel döyüşləri qaçılmaz idi. Nisbi tarazlığın iflası onun səbəbi oldu”. Bunu Rusiyanın “Kommersant” nəşrində Strategiyalar və Texnalogiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko yazıb.
Mərkəzinin direktor müavini hesab edir ki, tarixi təcrübə güc balansının kəskin dəyişdiyi vaxtda silahlı konflikt riskinin ciddi artdığını göstərir.
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb. Saatlar sonra Tel-Rıfatda nəzarət tam ələ keçirilib.
Türkiyə KİV-i xəbər verir ki, YPG terrorçuları döyüşə girmədən qaçıblar.
“İhlas” agentliyi Azad Suriya Ordusuna (ASO) bağlı 10 min döyüşçünün əməliyyata qatıldığını yazıb.
Türkiyə KİV-inin daha əvvəl yazdığına görə, Münbiç və Tel-Rıfatın ələ keçirilməsindən sonra Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq.
“S-400 zenit-raket komplekslərinin alınması F- 35 qırıcılarının alınmasına təsir etmir”. Bunu ölkənin müdafiə naziri Nurəddin Canikli bildirib.
Onun sözlərinə görə, S-400-lən alınması ilə bağlı hər hansı çətinlik yoxdur. Nazir hətta zenit-raket komplekslərinin nəzərdə tutulduğundan daha əvvəl Türkiyəyə çatdırıla biləcəyini deyib.
“S-400-lərin alınması F-35 layihəsinə təsir etmir. S-400-lərlə bağlı razılaşmanın əldə edilib və hətta onun reallaşması müddətini qabağa çəkmək üçün zaman-zaman görüşürük. Bu məsələnin F-35 layihəsi ilə əlaqəsi yoxdur, ayrı-ayrı layihələrdir. Beynəlxalq qaydalar var. Biz öz öhdəliklərini yerinə yetirdik”, - müdafiə naziri vurğulayıb.
Xatırladaq ki, ABŞ Konqresində görüşlər keçirən türkiyəli parlamentarilərdən ibarət heyətə başçılıq edən Volkan Bozkır Konqresdə “Rusiyadan S-400-ləri alsanız, biz də sizə F-35 döyüş təyyarələrini satmarıq” kimi bir yanaşmanın olduğunu bildirib.
Türkiyənin Baş naziri Binəli Yıldırımla İraqın Baş naziri Heydər Abadi arasında baş tutan telefon danışığının təfərrüatı bəlli olub. Abadi telefon danışığı zamanı türk həmkarına İraq sərhədlərindən Türkiyəyə qarşı hər hansı bir hücum cəhdinə izn verilməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan İraq hökumətini PKK terrorçularına qarşı qəti addım atmağa çağırmış, bu işi görməyəcəkləri təqdirdə türk ordusunun İraqa girməyə hazır olduğunu bildirmişdi. İraq XİN isə terrorçuların zərərsizləşdirilməsi üçün Türkiyə ilə birgə addım atmaq istəklərini ifadə etmişdi.
Bunun ardınca İraq ordusu Sincara doğru irəliləməyə başladı. PKK terrorçularının Sincarı artıq tərk etdiyi haqda məlumat yayılıb.
Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb. Beləliklə, 24 ölkə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsində Rusiyanın iştirakı haqqında Londonun ittihamlarını dəstəkləyib. Londonu dəstəkləyərək, Rusiya diplomatlarını deportasiya edən ölkələr aşağıdakılardır:
NATO 7 rus diplomatın göndərilməsi barədə qərar qəbul edilib. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Məlumata görə, həmçinin daha 3 rus diplomatın NATO-dakı rus nümayəndəliyinə akkreditasiyası qəbul edilməyib.
Rus diplomatlarının bir sıra ölkələrdən qovulması Rusiya kəşfiyyatına böyük zərbə oldu. Bu sözlər Britaniya Xarici İşlər naziri Boris Consonun “Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu addımlardan sonra Rusiya kəşfiyyatının özünə gəlməsi üçün çox illər lazım olacaq:
“Rusiya casus şəbəkəsinə bu tədbirlərin təsir etməsini dəyərləndirməmək olmaz. Biz 23 nəfər qeydə alınmamış kəşfiyyatçını Londondakı Rusiya səfirliyindən qovduq, bununla da Kremli Britaniyada formalaşdırmağa çalışdığı əməliyyatdan məhrum etdik. Dünənki tədbirlər daha bir zərbə oldu. Bundan sonra Rusiya kəşfiyyatına özünə gəlmək üçün uzun illər lazım olacaq”.
Rusiya Qərb ölkələrinin kobudluğuna dözməyəcək və diplomatların deportasiyasına cavab verəcək. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Cavab verəcəyik, şübhə etməyin”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə rusiyalı diplomatların deportasiyasını rusofobiya kursunun davamı adlandırıb.
“ABŞ və Avropa İttifaqının bütün hərəkətlərə adekvat cavab veriləcək. Söhbət Rusiya diplomatlarının deportasiyası və ABŞ-dakı baş konsulluğun bağlanmasından gedir”, - o vurğulayıb.
Zaxarova vurğulayıb ki, Böyük Britaniya indiyə qədər Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi haqqında iş üzrə informasiya verməyib.
Rəsmi Moskva rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək. Bunu “Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.
“Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, deyə M.Zaxarova qeyd edib.
Amerika hərbi eksperti Robert Farli 2030-cu ildə dünyanın ən güclü ordularına malik olacaq ölkələrin adlarını açıqlayıb. Farlinin sözlərinə görə, 12 il sonra Amerika ordusu əvvəlki kimi dünyanın “qızıl standartı” olaraq qalacaq.
Rusiya və Çin hipersəsli silahın hazırlamasında ABŞ-ı qabaqlayır. Amerika hərbçiləri və Konqres üzvləri belə hesab edirlər.
“Bu dəqiqə biz müdafiəsizik”, - ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin üzvü Ceyms İnxof bildirib.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) əməkdaşı, hava hücumundan müdafiə sahəsində ekspert Tomas Karako həmçinin, onunla razılaşıb ki, ABŞ bu sferada Rusiya və Çindən geri qalır.
Daha əvvəl general ABŞ-ın Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı Con Hayten Konqresdə çıxışında etiraf edib ki, Birləşmiş Ştatlarda hipersəsli silahdan bilavasitə müdafiə vasitəsi yoxdur.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini, o cümlədən hipersəsli silahı nümayiş etdirib.
Tarix: 27-03-2018, 23:21
Xəbəri paylaş





Xəbər lenti