"Heydər Əliyev hakimiyyəti tam ələ keçirdi..."- icra başçısından şok sözlər+VİDEO

 Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin çıxışını əks etdirən video yayılıb. 

Rəsmi tədbirlərin birində qeydə alınan videogörüntülərdə icra başçısı 15 iyun Qurtuluş günü ilə bağlı bir məmura yaraşmayacaq fikirlər səsləndirir. Belə ki, “AXC hakimiyyətinin səriştəsi nəticəsində” və “Heydər Əliyev hakimiyyəti tam ələ keçirdi” kimi ifadələrdən istifadə edən A.Nəzərli qınağa səbəb olub.
Siam.az 24saat.org-a istinadla xəbər verir ki, video Laçın rayonunda 2017-ci ildə 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə çəkilib. Həmin videonu təqdim edirik:

 
Tarix: 30-03-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti