Türkiyə Dağlıq Qarabağ münaqişəsinə töhfəsini verə bilər...







Çoxdandır gözlənilən İran, Türkiyə və Rusiya liderlərinin Zirvə görüşü keçirildi. Görüşlər Ankarada prezident iqamətgahında baş tutdu. İran dövlət başçısı Həsən Ruhani və Rusiya lideri Vladimir Putin arasında ikili görüş keçirildi əvvəlcə.Daha sonra isə Türkiyənin başçısı Rəcəb Tayyib Ərdoğan da onlara qoşularaq üçlü danışıqlara başladılar. Görüşdə əsas müzakirə ediləcək məsələ Yaxın Şərqlə bağlı idi . Daha dəqiq desək Suriyanın gələcək taleyi ilə bağlı idi.
Görüşlərdən dərhal sonra dərhal mətbuat konfransı keçirildi. Konfransda açılışa R.T.Ərdoğan başladı. Nitqi zamanı isə digər iki dövlət başçılarına xitab edərək " dəyərli dostlarım " deyə müraciət edib yenidən. 
H.Ruhani öz nitqində Suriya xalqının gələcək taleyi ilə bağlı məsələlərə də toxunaraq birgə hərəkət edərək Suriyanın dövlət suverenliyini təmin etməliyik. O Türkiyə xalqının ən gözəl gününün məhz Suriyanın tamamilə terrordan təmizləndiyi gün hesab edib.
Daha sonra isə V.Putin öz çıxışına başlayıb ki, o da öz nöövbəsində Türkiyə millətini və dövlətini yüksək qiymətləndirdiyini bildirib. V.Putin Yaxın Şərqdə davam edən silahlı toqquşmalar və.s kimi hadisələr bəzilərinin marağına xidmət edir ki, bununla da ölkədə məzhəb məsələsini qızışdıraraq ölkəni parçalamağa cəhd edirlər. V.Putin :" Lakin, biz üçlü olaraq terrorla mübarizədə birgə səy göstərəcəyik və bu mənada da Türk dostlarımızın yanındayıq"  ifadəsi də ABŞ və Avropaya güc nümayişi daşıyan bu sözlərlə bir atcama atdı fikrimcə. 
Vəziyyət daha mürəkkəb bir hal alıb deyə bilərik. Bir tərəfdə Rusiyaya və İrana qarşı sanksiyalar tətbiq edən ABŞ və Avropa ölkələri, digər tərəfdə isə Türkiyə, İran və Rusiya kimi güclü ölkələrin bir koalisiyası var. 
Təbii ki, hər bir ölkənin liderləri üçün, həmçinin ölkəmiz adına da bu sammitdə müzakirə olunacaq məsələlər olduqca vacib idi. 
Türkiyənin bu addımının çox uğurlu olacağına şübhə etmirəm. Türkiyə ərazisində AES olan 4 cü müsəlman dövləti oldu. Həmin Atom Elektrik Stansiyasıdır ki, Türkiyə 1955 ci ildən bu yana bu günü gözləyirdi. Bununla da Türkiyə özünü elektrik enerjisi ilə təmin edə biləcək bundan sonra. Qeyd edək ki, AES-in işə salınması 2023-cü il üçün nəzərdə tutulub.
Bəs İran və Rusiyanın da iştirak etdiyi bu sammitdə yalnız AES və Suriya haqqındamı danışıldı?
Təbii ki, bizi maraqlandıran əsas məsələ də məhz Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Fikrimcə, V.Putinin gəlişindən bir gün qabaq Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun Türkiyəyə rəsmi səfər etməsi bu sammitdə  Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi ehtimallarını artırdı. Hal hazırda İranla əlaqələrimiz olduqca yüksək inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi, hərbi və.s sahələrdə əməkdaşlığımız baş tutub. Bununla da bizə dəstək olmasa belə ən azından Ermənistana dəstəyini azaldacağına inanmaq olar.
Rusiyanın mövqeyinə gəldikdə isə deyə bilərəm ki, bundan əvvəl də Türkiyə prezidentinin bu barədə V.Putinlə danışığı müsbət sonlanmamışdı. İndi isə vəziyyət bir qədər fərqlidir. Sanksiyalar tətbiq olunan Rusiya , sanksiyalarla hədələnən İran və onlara " əl uzatmış " Türkiyə var ki artıq, bununla da əslində bu mənada Rusiyaya təsir edə bilər Türkiyə. 
Sammitdən əvvəl Rusiya mətbuatında  maraqlı bir xəbər paylaşıldı. Eynilə belə qeyd olunmuşdu “Önce İngiltərə, sonra Almaniya və sonra da NATO rəisi ABŞ iki ölkənin düşmən olmasını istədi. Amma indi, tarixdə ilk dəfə Türkiyə bizim dostumuz və regionda açar tərəfdaşımızdır”. Bəli Qərb əslində bununla Türkiyə və Rusiyanı bir birinə daha da bağladı deyə bilərik. 
Yaxın Şərqdə də bundan sonra vəziyyət Türkiyənin xeyrinə cərəyan edə bilər ki, ABŞ heç bir halda bu üçlü ilə üz-üzə gəlməyi arzu etməz. Lakin ABŞ da bu mənada boş durmayacaq zənnimcə. Türkiyəni cəzalandırmaq üçün, üç ölkəni bir birindən ayırmaq üçün ənənəvi üsulundan istifadə edəcəyini düşünürəm.

Rusif Məmmədov, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
Tarix: 4-04-2018, 22:25
Xəbəri paylaş





Xəbər lenti