Sərkisyan çıxılmaz durumda: Qarabağda müharibə başlada bilərmi?


İrəvandan başlanan kütləvi aksiyalar Ermənistanın bölgələrinə yayılmaqdadır;  keçmiş prezident erməni müxalifətini yenə də Qarabağda fors-major situasiya yaratmaqla tərksilah edə bilər

Ermənistan parlamentinin üzvü, müxalif “Yelk” fraksiyasının lideri Nikol Paşinyan aprelin 17-dəki aksiyada bəyan edib ki, Serj Sərkisyanın baş nazir seçilməsinin qarşısını almaq üçün mübarizə davam etdiriləcək.

Beləliklə, müxalifət lideri aprelin 14-dən başlayan fasiləsiz aksiyaların hədəfə çatmadan dayandırılmayacağını bir daha elan edib. Xatırladaq ki, Paşinyan həftənin ilk günü polislə toqquşmada xəsarət aldığından xəstəxanaya aparılsa da, ilkin tibbi yardımdan sonra yenidən meydana qayıdıb və coşqu ilə qarşılanıb. Qeyd edək ki, İrəvan polisinin rəis müavini Valeri Osipyan aprelin 17-də səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib (Axar.az). O bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb. Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib:  “Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Nikol PaÅinyan ile ilgili görsel sonucu

İrəvanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb. Aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib. Paşinyan ölkədə məxməri inqilabın başladığını elan edib. O, tərəfdarlarına bütün ölkə üzrə, müxtəlif şəhər və qəsəbələrdə aksiyaya başlamaq üçün çağırış edib. Aksiya iştirakçıları Baş Prokurorluq və Kasasiya Məhkəməsinin qarşısında oturaq aksiya keçirib. Paşinyon jurnalistlərə onların işinə mane olmamaq üçün müraciət edib.

Artıq aksiyalar bölgələrə də yayılıb. “Gümrüdə 1000 nəfər küçələrə çıxıb. İcevanda kütləvi tətil başlayıb, İcevan-İrəvan yolu bağlanıb. Vanadzorda tətillər başlayıb, İrəvanda, Qafanda, Metsamorda etirazlar gedir. Ermənistanda inqilabi situasiya yaranıb. Bu gün Ermənistanda dinc, demokratik narıncı inqilabın başladığını bir daha elan edirəm”. İrəvanda keçirilən etiraz aksiyalarının təşəbbüskarı olan deputat Nikol Paşinyanın oğlu Aşot Paşinyan həbs edilib.

AÅot PaÅinyan ile ilgili görsel sonucu

İrəvanın Fransa meydanında çıxışı zamanı erməni deputat Nikol Paşinyan deyib, parlamentdə marionet iclas başlayıb. Paşinyanın tərəfdarları parlamentdəki səsverməni əngəlləmək üçün küçələrdə hərəkəti iflic ediblər. Ölkədə “məxməri inqilab”ın başladığını elan edən müxalifət lideri tərəfdarlarını küçələrə çıxmağa, nəqliyyatın hərəkətini dayandırmağa, dövlət binalarına girib piketlər keçirməyə çağırıb. Ermənistanın eks-prezidenti, hazırda baş nazirliyə namizəd Serj Sərkisyan parlamentdə çıxış edərkən bir sıra suallara cavab verib. Əsas hədəfi hökumətə rəhbərliyi ələ keçirməkdən ibarət olan eks-prezident hiyləgərcəsinə iki il əvvəlki hadisələrə, 2016-cı ilin dördgünlük müharibəsinə toxunub və ictimaiyyətin yadına o günləri salmağa çalışıb.

Sərkisyan deyib ki, aprel döyüşləri gözlənizməz olduğu qədər həm də təxmin olunurdu. Ardınca o, erməni ordusundakı problemlərə də diqqət çəkib, döyüş ruhu, hərbçilərin sosial durumunun yaxşılaşdırılması, yeni silahların alınması və xalqın gələcəyə inamının artırılması kimi həllivacib məsələlərdən bəhs edib. Bununla belə, S.Sərkisyan “biz daha 2016-cı ilin aprelindəki kimi deyilik”, - deyə iddia edib. Suallara cavabdan sonra S.Sərkisyanın baş nazir postunu tutması üçün açıq səsvermənin keçirilməsi nəzərdə tutulurdu və çox güman ki, hakim partiyanın səsverməsi şəraitində o, arzusuna çatacaq. Əslində S.Sərkisyan baş nazirliyi konstitusiya dəyişikliklərinə gedərkən hədəf seçmişdi Belə ki, o, Ermənistanın parlament üsul-idarəsinə keçidini rəsmiləşdirməklə həm də prezidentliyini baş nazirliklə əvəzləmək istəyirdi və elə parlament seçkilərindəki kütləvi saxtakarlıq, Levon Ter-Petrosyan kimi müxalifət liderlərini parlamentə buraxmamaqla əvvəlcədən yolunu təmizləmək istəmişdi.

Lakin bu da var ki, Ermənistanda vəziyyət idarəolunmaz həddə gəlib çatıb. Belə ki, günlərdir aksiyalar keçirib İrəvanda həyatı iflic etmiş minlərlə insan artıq bir neçə dövlət obyektlərini ələ keçirib. Üstəlik, etirazçıların sayı artmaqda davam edir.

Bütün bunlar Qarabağ kartından öz hakimiyyətini uzatmaq üçün daim istifadə edən cinayətkar Sərksiyanın növbəti dəfə yararlana biləcəyi ehtimalını yaradır. Düzdür, o, parlamentdəki çıxışında “bizim Qarabağ probleminin sülh yoluyla həlli ilə bağlı mövqeyimiz dəyişməyib, erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsi isə gündəlik işimizin predmetidir” deyib. Lakin istisna deyil ki, Sərkisyan bunu beynəlxalq aləmə ünvanlamaqla dəstək qazanmağa çalışıb. Bir sıra müşahidəçilər hesab edir ki, S.Sərkisyan ölkə müxalifətini “tərksilah” etmək, diqqəti daxildə baş verənlərdən yayındırmaq üçün Qarabağda fors-major situasiya yarada, müharibəni alovlandırmaqla aksiyaları arxa plana keçirə bilər. Düzdür, bu, S.Sərksiyan və Ermənistan üçün riskli addımdır, amma bundan əvvəl bir neçə dəfə belə təxribatların şahidi olmuşuq. S.Sərkisyan ya Qarabağda, ya da elə Ermənistanda qan tökməklə hökuməti qəsb edə bilər. 2008-ci ilin mart təcrübəsi bunu deyir.

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əvvəl işğalçı ölkə Naxçıvan və Qazax istiqamətindən Ermənistan “ərazilərinin atəşə tutulması” iddialarını tirajlamaqla da erməni xalqını Azərbaycanla qorxutmağa çalışmışdı.

Politoloq ToÄrul Ä°smayıl ile ilgili görsel sonucu

Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında Serj Sərkisyanın bu durumda Qarabağda müharibəni başladacağına inanmadığını bildirdi: “Çünki başlayacaq müharibə Sərkisyanın lehinə olmayacaq, əksinə, onun əleyhinə çevriləcək. Çünki Azərbaycan, istər əsgəri güc baxımından, istərsə də iqtisadi cəhətdən, Ermənistandan qat-qat güclüdür, bu, bir gerçəklikdir. Ona görə də Ermənistan daxilində baş verənlərin fonunda Qarabağda müharibənin başlanması real görünmür. Digər tərəfdən, Rusiya bu dəqiqə Ermənistanın müharibəyə başlamasına icazə verməz. Çünki Rusiya çoxtərəfli  mübarizə aparacaq gücdə deyil”.

T.İsmayıl qeyd etdi ki, bu dəqiqə Rusiyanın diqqəti əsasən Suriya və Ukraynaya yönəlib: “Onun xaricində bir Qarabağ cəbhəsinin də açılması Rusiyanın işlərinə maneçilik yarada bilər. Həm Rusiya, həm də ABŞ bu cür savaşın başlamasına icazə verməz. Çünki daha ciddi məsələlər var. Digər tərəfdən, Ermənistanın başladacağı savaşa böyük güclərin razılığı olmasa, bu, onun məğlubiyyəti ilə nəticələnə bilər. Ona görə də belə bir savaşın olacağını düşünmürəm”. 

“Bu gün Sərkisyan Rusiyanın icazəsi olmadan hansısa hərbi əməliyyatlara başlaya bilməz”. Bunu isə politoloq Arzu Nağıyev qəzetimizə bildirdi. Politoloqun sözlərinə görə, Rusiya da maraqlıdır ki, məhz Sərkisyan baş nazir postuna təyin edilsin.

Maraqlısı budur ki, hələlik Rusiya İrəvanda baş verənləri sakitcə izləyir. Aprel döyüşlərində dörd gün susmaqla Ermənistanı sarsıdan Moskva yenə susur...


Tarix: 18-04-2018, 10:12
Xəbəri paylaş





Xəbər lenti