BU SƏRSƏM GEDİŞƏ “DUR!” DEYİLMƏSƏ …



Sərdar ƏLİBƏYLİ 

YAXUD, ARAZ ƏLİZADƏ KİMİN DİLİ İLƏ DANIŞIR???!!!

Çox uzun-uzadı danışmağın, nəsə deməyin və ya izah etməyin bir anlamı yoxdur. Görünən kəndə bələdçilik etmək niyyətim də, şakərim də yoxdu mənim, ona görə. Amma anlaşılması zor olan bir sualı burdan vermək zorundayam. Araz adlı Əlizadə martışkası kimin dili ilə danışır və ya onun “knopka”sını basan barmaq kim(lər)in əlinin uzantısıdır. Bu təfəkkürün, bu ağılın və bu məfkurənin sahibinin müstəqil Azərbaycanın Milli Məclisinə necə və ya kimlər tərəfindən yerləşdirildiyi tamam başqa bir söhbətin mövzusudur. Bir millətin istiqlalına tüpürən, bir dövlətin Anayasasının tələblərinə bu qədər sayqısız davranan birinə bu xalq, bu millət necə səs verə biliər sualı zatən açıq qalmaqdadır…

Amma bu zillət vəkilinin son açıqlaması bütün fantaziyaların üzərinə çıxaraq, rəsmən millətin və dövlətin əsəbləri üzərində rəqs etmək, prezidentin qərarlarına və Anayasanın tələblərinə də həqarətlə yanaşmaq anlamı daşıyır. Hələ-hələ bunu Heydər Əliyevin adı üzərindən manipulyasiya edərək yapması da özlüyündə bir başqa söhbət üçün mövzu verən olay kimi dəyərləndirilməlidir…

Adam, baxın, nə deyir, daha doğrusu nə qələt eləyir:

“MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ AZƏRBAYCAN ÜÇEN NƏ EDİB, NƏ YARADA BİLİB? HEÇ NƏ! AMMA HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİ YARADIB. DÖVLƏTİ QURAN ADAM HEYDƏR ƏLİYEVDİR, MƏHƏMMƏD ƏMİN RƏSULZADƏYƏ NİYƏ HEYKƏL QOYULMALIDIR?”!!!

Oysa, bu zadın özünə də, arxasndakı düyməni sıxan barmaq sahiblərinə də xatırlatmaq istədiyim bir kaç məsələ var:

1.Azərbaycan Respurlikasının fəaliyyətdə olan mövcud Konstitusiyasının priambulasında birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan Respublikası 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. Bu qədər aydın mahiyyət və net məna daşıyan Konstitusiya uyarısını qanmayan, anlamayan, ya da qanmaq və ya anlamaq istəməyən bir şəxsin Müstəqil Azərbaycanın Parlamentində nə ölümü var?! Zira ölkənin Anayasası tərəfindən AXC-nin varlığı və dövlət kimi fəaliyyəti etiraf olunur və qəbul edilirsə, demək, onun yaradıcısı olan kişilərin, o cümlədən də Məhəmməd Əmin Rəsulzadənin öndərliyi də mübahisə doğurmamalıdır, zatən doğurmur da. O zaman “Araz Əlizadə” deyə birisinin, hələ-hələ deputat olan bir şəxsin birbaşa Konstitusiyanın tələbinə qarşı getməsi nə demək olur? Kim olur axı, bu gədə ki, belə başından böyük açıqlamalarda buluna bilir? Zatən son iki ilik sürədə bu adamın bütün açıqlamaları anti-millət, anti-xalq, anti-dövlət mahiyyəti daşıyır ki, indi verdiyi açıqlamaya da həmin bəyanların davamı kimi baxmaq gərəkir. İlk növbədə ölkənin parlamentinin bu olaya münasibət bildirməsi və hüquq-mühafizə sisteminin Konstitusiyanın müdafiəsi yönündə hərəkətə keçməəsi vacibiyyəti var deyə düşünmükdəyəm. Ki, ölkənin Konstitusiyasının tələblərinə bu qədər ədəbsizcə sayğısızlıq nümayiş etdirən biri, bu ölkənin parlamentində otur(dul)a bilməz, bilməməlidir və əks təqdirdə bunun daha ağır fəsadlarına qatlaşmaq zorumluluğu ilə üz-üzə qalacağımız gün uzaqda deyil…

2. Bu gün, hələ mürəkkəbi qurumamış və “Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə bağlı” yürürlükdə olan prezident sərəncamı da ortadadır. Bunun özü də Konstitusiyanın tələb və uyarılarına dövlətin təpəsindən gələn sayğının birmənalı göstərisidir. Başqa sözlə, AXC-nin varlığına, onun qurucularına və dövlətçilik tariximizə prezident səviyyəsində göstərilən ehtiramın həm də, ölkənin həyatına, yaşamına və millətin yaddaşına inikası kimi dəyərləndirilməli məsələdir. Oysa, Araz Əlizadə prezidentin belə qərarına qarşı gedəcək qədər gücü, qüdrəti və başına buyruq davranma cəsarətini kimdən və ya hardan alır?! …

Bütün hallarda, kim nə deyir desin, prezident, 100 illiyi ilə bağlı sərəncam verdiyi dövlətin boş yerdə, öz-özünə yarandığını düşünmür və hətta

“Sağ olsaydılar, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla cümhuriyyət qurucuları indiki Azərbaycanla qürur duyardılar” 

– deyə, net bir cümlə qurmaq vacibiyyəti duymazdı. Yəni, Araz Əlizadə bu çıxışı ilə prezidentin özünə belə meydan oxuyur kimi görsənir məncə. Hər halda, necə deyərlər, adam bütün halları ilə, çizməyin xeyli ötəsinə varmış durumda və bu sərsəm gedişə “dur” deyən biri və ya biriləri olmalı. Əks təqdirdə, dediyim kimi, bu gedişatın daha vahim və daha qorxulu fəsadları qaçlmaz olacaq…

Məndən söyləməsi, kimsə demədi deməsin !!!

Tarix: 21-04-2018, 22:20
Xəbəri paylaş





Xəbər lenti