MEDİA adına HOQQABAZLIQ... - Siz hədələyirsiniz... biz də qorxuruq...


Azərbaycanda mətbuat işini əyləncəyə çeviriblər. Bunun başqa adı yoxdur. Təsəvvür edin, dövlətin Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi qosqoca qurumlarının sənəd və təsbitetmələri RƏSMİ ŞƏKİLDƏ QULAQARDINA VURULUR...

Buna başqa nə deyək? MEYMUNLUQMU?

İndi kim qarantiya verir ki, sabah MEDİA-nın da bu REYESTR HOQQASINI qanunsuz elan etməyəcəklər? AXI KİM BUNA QARANTİYA VERİR?

Hazırda həbsxanada yatan və zamanında meydan sulayan Vüqar Səfərli də vəzifə başında olanda eynən hazırki Əhməd İsmayılov kimi yekə-yekə danışırdı... o da bizi, şəxsən mən Məhəmməd Ərsoyu hədələyirdi... Qorxuzurdu...

Qorxurdum vallah... Dərsinə hazırlaşmayan uşaq kimi hər günümü beləcə başa vurdum...

İndikilər daha betərdi... Deyirlər "voobşe" sinifdən atacaqlar...

Eləsinlər eee... Amma unutmasınlar ki, Molla Nəsrəddin demişkən, nə züy tutmağa ovurdumuz var... nə də yük daşımağa belimiz... Gücümüz çatan qələmimizdir...

Siz bizi hədəlyirsiniz... Biz də cavab veririk...
Tarix: 25-01-2023, 15:05
Xəbəri paylaş





Xəbər lenti