TÜRKİYƏDƏKİ DƏHŞƏTLİ ZƏLZƏLƏDƏ HƏLAK OLANLARIN SAYI 12 MİNİ KEÇDİ - Son rəqəmlər açıqlandı + CANLI YAYIM (Yenilənir)



Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir.
Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.
İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.

***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.
Zəlzələdən sağ çıxanların sığınacağı üçün bölgədə 50.818 çadırlar quraşdırılıb.
Bütün dövlət qurumlarından, eləcə də QHT və könüllülər, Yerli Dəstək Qrupları və beynəlxalq axtarış-xilasetmə qruplarından zəlzələ bölgəsində 96 min 670 xilasedici çalışır. 
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.
Sağ qurtarılanların sayı isə 8 500 nəfərə yaxındır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
***
Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Təbii fəlakət nəticəsində 31 777 nəfər yaralanıb.
***
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.
Sağ qurtarılanların sayı isə 8 500 nəfərə yaxındır.
***
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.
Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya-Koordinasiya Mərkəzində zəlzələ ilə bağlı danışarkən açıqlayıb.
Onun sözlərinə görə, yaralıların sayı da artaraq 22 168 olub.
Sağ qurtarılanların sayı isə 8 000 nəfərə yaxındır.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 3 432 nəfərə çatıb. Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risk Azaltma İdarəsinin Baş direktoru Orxan Tatat məlumat verib.
Zəlzələ nəticəsində 21 103 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 5 775 bina dağılıb.
Sağ qurtarılanların sayı isə 8 000 nəfərə yaxındır.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 2379 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib.
Zəlzələ nəticəsində 14 483 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 6 217 bina dağılıb.
Sağ qurtarılanların sayı isə 7 840 nəfərdir.
***


Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artmaqda davam edir. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 2316 nəfərə çatıb.
Yaralıların sayı isə 13 293 nəfərdir.
Sağ qurtarılanların sayı isə 7 340 nəfərdir.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatıb. Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 11 119 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 3471 bina dağılıb.
***
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.
Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.
O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfərə çatıb.
Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində 8 533 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2834 bina dağılıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Türkiyə KİV-in xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.
R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.
Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.


***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.
***
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.


Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Türkiyənin, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.



Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
APA-nın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.
“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.



Tarix: 9-02-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti