Türkiyədə qırılma xəttindəki bu binalar 7,6 bal zəlzələyə necə tab gətirmişdi? - Video


Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər, illər əvvəl - 17 avqust 1999-cu ildə minlərlə insanın həyatını itirdiyi 7,6 ballıq Marmara zəlzələsi barədə bəzi faktları yenidən gündəmə gətirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1999-cu il zəlzələsində 18 min 373 nəfər həyatını itirmiş, 364 min 905 ev və iş yeri dağılmışdı. O zaman  Kocaelinin Dilovası bölgəsinə bağlı Tavşancıl qəsəbəsində bəzi yaşayış evlərinin zəlzələdən təsirlənməməsi hər kəsin diqqətini çəkmişdi. İşin ən maraqlı tərəfi isə qəsəbənin zəlzələ xətti üzərində yerləşməsi idi. 
1987-ci ildə Salih Gün adlı şəxs həmin qəsəbənin bələdiyyə sədri seçilib. Orta təhsilli Salih Gün şəhər sədri seçildikdən sonra qəsəbədəki binaların tikintisi üçün Kocaeli Universitetinin alimlərinə müraciət edir və onların dedikləri şəkildə zəlzələyə dayanıqlı binaların tikintisi üçün göstəriş verir. İnşaatda ən kiçik qayda pozuntusuna yol verməyə cəhd edən öz yaxınlarına belə icazə verməyən S. Gün öz istəyinə mükəmməl şəkildə çatır. Zəlzələdə ətrafdakı bütün binalar uçur, onun göstərişi ilə tikilənlərdən başqa... Salamat binaları görən sədr “istədiyimiz oldu”, deyə sevincini insanlara bölüşür.
Ətraflı videoda:

 


Tarix: 9-02-2023, 22:37
Xəbəri paylaş





Xəbər lenti