Zəlzələ təhsili də dağıtdı – “Tələbələrimiz buradakı universitetlərə köçürülməlidirlər...”

Zəlzələ təhsili də dağıtdı – “Tələbələrimiz buradakı universitetlərə köçürülməlidirlər...”
Türkiyədə baş verən zəlzələdən sonra qardaş ölkədə təhsil alan tələbələrimizin Azərbaycana köçürülməsi ilə bağlı məsələ gündəmə gəlib. Hazırda qış sessiyası bitdiyi üçün təbii fəlakətdən öncə ölkələrinə tələbələrimiz vəziyyətin ağırlığı və yeni təkanların olacağı proqnozlarına görə növbəti tədris dövrü üçün Türkiyəyə dönmək istəmirlər. Belə olan halda onların Azərbaycanın ali məktəblərinə köçürülmələri mümkündürmü?
 
Təhsil üzrə ekspert Adil Vəliyev deyir ki, məhz bu səbəbə görə, təhsillərini yarımçıq qoyanlar Azərbaycanın ali məktəblərinə köçürülə bilərlər.
 
“Elm və Təhsil Nazirliyi tərəfindən ildə iki dəfə yay və qışda həm yerli universitetlərdən, həmdə xarici ali məktəblərdən yeri institutlara transferlər həyata keçirilir. Keçən il və bu il qış transferləri olmadı, yay köçürmələri olacaq. Ola bilsin ki, məhz bu məsələyə görə, tələbələrə transfer müddətinə kimi distant formada təhsillərinə davam etməklə bağlı qərar verilsin. Yaydan sonra isə Türkiyədə təhsilləri yarımçıq qalanlar Azərbaycan universitetlərinə transfer olunsunlar. Lakin hələ köçürmə olmadığına görə bu mümkün deyil”.
Tarix: 11-02-2023, 08:19
Xəbəri paylaş





Xəbər lenti