Türkiyəyə məcburi yardım?

Azərbaycanda məktəb müəllimləri və bəzi dövlət tibb müəssisələrinin işçilərindən fevralın 6-da Türkiyədə baş vermiş zəlzələyə görə yardım kampaniyası üçün məcburi ianə toplandığı iddia edilir.

“Türkiyəyə ürəyimiz yanır, amma…”

Bakıda fəaliyyət göstərən məktəblərin birində çalışan, amma adının çəkilməsini istəməyən müəllim “Turan”a bildirib ki, onlara ərizə paylanılır: “Deyirlər, onu doldurun, əməkhaqqınızın beş faizini yardım üçün göndərək. Biz onsuz da könüllü bunu etmişik, bir neçə gün əvvəl pul göndərmişik. Türkiyəyə ürəyimiz yanır, amma bu məcburiyyətə nə ehtiyac var?”.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarından da həmin məqsədlə pul yığıldığı deyilir.
Azadlıq radiosu
Tarix: 16-02-2023, 09:13
Xəbəri paylaş





Xəbər lenti