Tərtərdən qardaş Türkiyəyə daha bir dəstək


Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık 
rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş 
verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan 
edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata 
keçirilən humanitar yardım kampaniyası davam edir.
Tərtər rayonu da bu kampaniyada fəal iştirak edir. Şəhər ərazisində yardımların 
toplanması üçün xüsusi məntəqə yaradılıb.  Hadisə baş verən ilk gündən tərtərlilər 
yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar 
tərəfindən könüllü şəkildə gətirilən, ümumi çəkisi 20 ton olan yataq dəstləri, isti geyimlər, 
 uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi 
ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və 
xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna 
təhvil verilib. Göndərilən yardımlar qardaş ölkənin Adıyaman şəhərinə çatdırılaraq 
zəlzələdən zərərçəkənlərə paylanılıb.
Bu gün isə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən alınmış, insanların müvəqqəti 
yaşaması üçün hər cür şəraiti olan 4 ədəd müasir modul tipli ev birbaşa qardaş ölkə 
Türkiyəyə göndərilib. Yardımlar bundan sorada davam etdiriləcəkdir.
Tarix: 16-02-2023, 10:27
Xəbəri paylaş





Xəbər lenti