"Rusiyada terror hadisələrinin olma ehtimalı istisna deyil" — Zərdüşt Əlizadə


"Rusiyada terror hadisələrinin olması ehtimalı istisna deyil".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-ın Moskvadakı səfirliyinin öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq etməsinə münasibət bildirərkən deyib. 

Politoloq qeyd edib ki, əgər ABŞ öz vətəndaşlarına Rusiyanı tərk edin deyibsə, deməli, onların əlində hansısa ciddi  dəlil var:

"Rusiyada çoxsaylı terror hadisələri baş verib. Bu terrorların bəzilərində hökumətin, bəzilərində də müxtəlif terrorçu qruplarının əli olub.

 Ümumiyyətlə, ABŞ vətəndaşlarının Rusiyada gözlənilən zorakılıq hadisələrinin qurbanı olmasını istəmir. Qeyd edim ki, Rusiya və ABŞ-ın hər birinin ayrı-ayrılıqda müdafiə etdiyi və maliyyələşdirdiyi terror təşkilatları var. Odur ki, belə hadisələrə soyuqqanlı yanaşmaq lazımdır". 
Tarix: 16-02-2023, 12:00
Xəbəri paylaş





Xəbər lenti