"Ukrayna xalqının “Rus Ayısı” qarşısında 1 il qəhrəmancasına dözməsi..."



“Rusiyanın Ukraynaya vəhşicəsinə soxulması, işğalı genişləndirilməsi cəhdindən 1 il keçir. Ukrayna xalqının “Rus Ayısı” qarşısında 1 il qəhrəmancasına dözməsi, hətta çox ciddi müqavimət göstərməsi hamı üçün gözlənilməz olsa da, Ukrayna xalqı üçün sürpriz olmadı – çünki, öz torpaqları, haqq işi, işğala qarşı mübarizə aparan xalqların motivasiyası həmişə daha güclü olur. Bu gün Ukraynalıların ən böyük silahı bir tək Qərbin hərbi yardımları deyil də, məhz motivasiyalarıdır”. 
 
Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
 
N.Cəfərli qeyd edib ki, Rusiyanın işğalçı müharibəsinin ildönümündə bütün dünyadan Ukraynaya dəstək mesajları, Kiyevə səfərlər artır: “Bu gün REAL Partiyasının Milli Məclisdə təmsilçisi Erkin Qədirli də AŞPA nümayəndə heyyətinin tərkibində Kiyevə səfərə gedib. Cənubi Qafqaz respublikalarının AŞPA təmsilçilərindən bu heyətə daxil edilən, dəvətli olan yeganə deputat məhz Erkin Qədirlidir. Ukrayna xalqı bu gün bir tək öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda deyil də, bütün post-sovet məkanı üçün mübarizə aparır”.
Tarix: 23-02-2023, 15:14
Xəbəri paylaş





Xəbər lenti