Xocalı soyqırımından 31 il ötür

Xocalı soyqırımından 31 il ötür

Bu gün işğalçı Ermənintanın silahlı quldur dəstələri ilə rus hərbçilərinin birəşərək Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı faciəsindən 31 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının rus həbçilərinin himayəsi altında Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğında 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Tarix: 26-02-2023, 09:38
Xəbəri paylaş





Xəbər lenti