Tərtər rayon icra hakimiyyətinin başçısı Xocalıdan olan ailələrlə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  YAP 
Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonumuzda 
müvəqqəti məskunlaşmış 17 Xocalı  ailəsi ilə görüşüb, onların qayğıları ilə 
maraqlanıb.

İcra başçısı xocalılarla söhbət zamanı Ümummilli lider Heydər Əliyevin 
Xocalı soyqırımı barədə sözlərini yada salıb: “Bu amansız və qəddar 
soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror, Xocalı faciəsi 
erməni millətinin yüzilliklər boyu türk və Azərbaycan xalqına qarşı apardığı 
soyqqrımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. O, XX əsrin 
sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi 
qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılmasının  
Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olduğunu 
bildirib.
Rayon rəhbəri bildirib ki, əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq. 
Biz, artıq  Xocalı hadisələrini qeyd edərkən, bir təskinlik də tapırıq.  Çünki 
Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 
cinayətkarların cavabını döyüş meydanlarında verdi, qisas qiyamətə 
qalmadı, böyük və şanlı zəfər gününü yaşadıq.
Tədbirdə Xocalıdan olan  ailələrə ərzaq yardımı verililib. Xocalılar onlara 
göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tarix: 27-02-2023, 09:22
Xəbəri paylaş





Xəbər lenti