Memar: “Tikinti zamanı oğurluğa son qoymaq, korrupsiyaya qalib gəlmək lazımdır”


“Ölkədə 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan edilməsi məsələsinin Milli Məclisdə müzakirəsi təklif edilib. Həyatımızın bütün sahələrində açıq-aşkar bacarıqsızlıq! Binaların hündürlüyünün bura nə dəxli var?”.
 
Pravda.az-ın xəbərinə görə, bunu memar Elçin Əliyev bildirib.
 
E.Əliyev qeyd edib ki, bütün dünyada, o cümlədən zəlzələ zonasında göydələnlər tikilir: “Müasir tikinti texnologiyaları və konstruktiv materiallar, hətta okeanın ortasında belə dayanıqlı binalar tikməyə imkan verir. Hörmətli deputatlar! Bacarıqlı mütəxəssislərə müraciət etmək, tikinti zamanı oğurluğa son qoymaq, nəhayət, korrupsiyaya qalib gəlmək lazımdır! Binaların hündürlüyünün bununla heç bir əlaqəsi yoxdur”.

Tarix: 1-03-2023, 21:17
Xəbəri paylaş





Xəbər lenti