"Ukraynalı mülki şəxslərin zorlanması..." - Zelenskayadan çağırış


Prokurorluq Rusiya hərbçiləri tərəfindən ukraynalılara qarşı 171 cinsi zorakılıq halını araşdırır, qurbanlar arasında 39 kişi var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Lvovda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təkcə qadınlar deyil, qurbanlar arasında 39 kişi var: "13-ü yetkinlik yaşına çatmayanlar, aralarında oğlan da var. Biz bu hallar barədə ona görə bilirik ki, bu adamlar danışmağa güc tapıblar. Neçə insan susqun halda içində əziyyət çəkir, xüsusən də işğal edilmiş ərazilərdə – biz bilmirik".
Birinci xanım qeyd edib ki, ukraynalı mülki şəxslərin zorlanmasının sayı və açıq şəkildə olması bunun Rusiya ordusunun şüurlu siyasəti olduğuna əminlik yaradır: "Bu, onların ukraynalılara qarşı şüurlu psixoloji və fiziki silahıdır".

Tarix: 5-03-2023, 08:50
Xəbəri paylaş





Xəbər lenti