“Ermənistan ordusu dərəyə yuvarlanıb” - Serj Sarqsyan

“Ermənistan ordusu dərəyə yuvarlanıb”
“Ermənistan ordusunu səriştəsiz adamlar idarə edir. Onlar ordumuzu dərəyə yuvarlayıblar".

SİAM.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarsqyan yerli mətbuata açıqlamasında deyib.

“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdəki kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə (1,2 milyard ABŞ dolları) lovğalanır. Ümumiyyətlə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - sabiq dövlət başçısı bildirib.

Sabiq prezident hazırkı hakimiyyəti tənqid edib. Sarqsyan Paşinyanın komandasını yalan danışmaqda günahlandırıb.


Tarix: 8-03-2023, 09:57
Xəbəri paylaş





Xəbər lenti