Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun atəşkəsi pozması xəbəri yalandır"


Nazirlik Ermənistanın yaydığı məlumatları təkzib edib
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır"
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.
Tarix: 10-03-2023, 08:44
Xəbəri paylaş





Xəbər lenti