İran Azərbaycanla sərhədə qoşun yeritdi – SEPAH müharibə anonsu verdi

İran Azərbaycanla sərhədə qoşun yeritdi – SEPAH müharibə anonsu sayılan VİDEO YAYDI


Bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanla həmsərhəd rayonlardakı quru qoşunlarını qəfil döyüş hazırlığı vəziyyətinə gətirib.
Hurriyyet.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli KİV-in məlumatına görə, qoşunlara təlim keçərkən, SEPAH-ın təbliğat resursları İranın bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə yönəlmiş istənilən hərəkətə qəti şəkildə qarşı çıxacağı mesajları ilə videolar yayır.
Türkiyənin internet resursları bildirir ki, diplomatik mənbələrdən verilən məlumata görə, bu mesajlar Azərbaycana yönəlib.
İslam İnqilabı Keşikçiləri Korpusunun "Sepah News" saytı Tehran rejiminin qırmızı xətti ilə bağlı təbliğat videosu yayımlayıb.
Videoda İran ordusunun görüntüləri, Türkiyənin xəritəsi, ay-ulduzlu bayraq, Zəngəzur dəhlizinin xəritəsi yer alıb.
Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bunu “regionda sərhədlərin zorakılıqla dəyişdirilməsi” kimi qiymətləndirəcəyini bəyan edir (haqqın.az).

sfera.az
Tarix: 16-03-2023, 21:23
Xəbəri paylaş





Xəbər lenti