"Putinlə Şoyqu dilemma qarşısındadır: "Vaqner qrupu" ilə nə etməli?.."


 "Rusiya elitaları arasında savaş o qədər güclüdür ki,  "vaqnerçilər" Kremlə getməyə hazırdır..."
 
"Onlar Priqojin problemini özləri üçün adi üsulla, məsələn, onu zəhərləmək yolu ilə həll edə bilməz..."

 
Rusiyanın güc strukturları elitasının nümayəndələri arasında "daxili vətəndaş savaşı" gedir, həm də Kreml rəhbəri Vladimir Putin vəziyyəti idarə edə bilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bellingcat" beynəlxalq qrupundan araşdırmaçı jurnalist Xristo Qrozev "Forbes" jurnalına müsahibəsində deyib.
 
Qrozev əmin edib ki, əsas qarşıdurma "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şouqu və Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş verir. Bu zaman "vaqnerçilər" öz hamisinin arxasında dağ kimi dayanıb və hətta Rusiya hakimiyyətini devirməyə hazırdır.
 
"Mənim "Vaqner"dəki mənbəm (indi hər gün onların sağ olduğunu yoxlamaq lazım gəlir) daxili savaşın həqiqiliyinə inanır. Onlar Priqojinə dəstək verir və onun başına bir iş gələcəyi və ya yenidən onun qələbəsinin əlindən alınacağı təqdirdə Kremlə getməyə hazırdır", - Qrozev bəyan edib.
 
Onun məlumatına görə, Putinlə Şouqu dilemma qarşısındadır- "Vaqner qrupu" ilə nə etməli?
 
"Onlar Priqojin problemini özləri üçün adi üsulla, məsələn, onu zəhərləmək yolu ilə həll etməyə hazır deyil. Çünki bilirlər ki, onun arxasında, qansız da olsa, başqalarına nisbətən daha səriştəli hərbiləşdirilmiş qurum dayanıb", - jurnalist deyib.
 
O, qeyd edib ki, Priqojin üçün Rusiyda siyasi rol almaq çox vacibdir.
 
"Onun üçün hakimiyyətin təlxəyi olub publikanı yayındıran RLDP kimi partiya lideri təklifləri azdır. Priqojin ən azı qərargah rəisi kimi gerçək hakimiyyət səlahiyyətlərini əldə etmək istəyir.
 
Lakin ona belə hakimiyyəti heç kim verməyəcək. Səbəblərdən biri budur ki, Rusiyanın biznes-elitası buna imkan verməyəcək. Onlar anlayır ki, bundan sonra Rusiya Şimali Koreyaya çevriləcək və onların həyat keyfiyyəti sıfra enəcək", - Qrozev qeyd edib.
 
Bu savaşda kimin qalib gələcəyi barədə araşdırmaçı jurnalist proqoz verməyib.
 
"Amma bu savaş gerçəkdirvə böyük ehtimalla  Rusiyada Ukraynada müharibəni uduzmaqdan öncə kollapsa səbəb olacaq", - Qrozev əmin edib.
Tarix: 20-03-2023, 08:10
Xəbəri paylaş





Xəbər lenti