Quru sərhədlərin bağlı saxlanılması insan hüquqlarının pozuntusudur - hüquqşünasdan AÇIQLAMA

Quru sərhədlərin bağlı saxlanılması insan hüquqlarının pozuntusudur
“Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması insan hüquqlarının pozuntusudur. Vətəndaşın Konstitusiya ilə sərbəst hərəkət etmək hüququ, maneəsiz ölkədən getmək, ölkəyə gəlmək hüquq var. Amma Nazirlər Kabineti quru sərhədləri bağlı saxlamaqla artıq bu hüquqları məhdudlaşdırır”.

Siam.az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında vəkil Bəhruz Bayramov ABŞ Dövlət Departamentinin Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması illik hesabatında əks etdirməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti hesabatında quru sərhədləri bağlı saxladığına görə hökuməti tənqid edib.

Bəhruz Bayramovun sözlərinə görə, pandemiyanın geniş yayıldığı dönəm ərzində bu qərar başadüşülən idi: “Lakin pandemiyadan sui-istifadə edilərək, insan haqlarının pozulmasına yönəlik qərarlar yolverilməzdir. Artıq bütün dünya postpandemiya dövründədir. Qonşu ölkələrimiz öz sərhədlərini digər dövlətlərə açıb”.
Tarix: 27-03-2023, 18:53
Xəbəri paylaş





Xəbər lenti