QURU SƏRHƏDLƏRLƏ BAĞLI QƏRAR GÖZLƏNİLİR – Mayın birindən hansı istiqamətlər açılacaq?


Azərbaycanın 2020-ci il martın 24-dən etibarən bağlı olan quru sərhədlərinin may ayının 1-dən etibarən açılacağı gözlənilir.
Etibarlı mənbədən “AzPolitika.info”-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin son günlərində bu barədə qərar verəcəyi gözlənilir.
Qeyd olunur ki, qərarın ölkənin bütün quru sərhədlərinə aid edilib-edilməyəcəyi məlum deyil. “Gürcüstan, Türkiyə istiqamətdə gediş-gəlişin bərpa olunacağı dəqiqdir, Rusiya ilə bağlı məhdudiyyətin saxlanılacağı inandırıcı deyil, amma İranla bağlı bunu demək çətindir”, - mənbə əlavə edib.
Ekspertlərə görə, Azərbaycan-İran münasibətlərində hədsiz gərginlik səbəbindən diplomatik münasibətlərin ən aşağı həddə endiyi zamanda quru sərhədlərin açılması inandırıcı deyil. Son günlər hüquq-mühafizə orqanları adıçəkilən ölkənin xüsusi xidmətlərinə bağlı təxribatçı şəbəkələrin aşkar edilərək zərərsizləşdirilməsi ilə məşğuldur, habelə narkotrafikin qarşısının alınması istiqamətində genişmiqyaslı addımlar atılır. Bu amilləri nəzərə alsaq, hökumətin təhlükəsizlik qayığılarını əsas tutub İranla quru sərhədləri açması gözlənilən deyil.
Xatırladaq ki, Azərbaycanın İranla quru sərhədi 600 kilometrdən çoxdur. Siyasi, diplomatik münasibətlərdə gərginlik hökm sürsə də yükdaşımalar davam etdirilir.
Tarix: 11-04-2023, 17:20
Xəbəri paylaş





Xəbər lenti