İçimizdəki xainləri NƏ EDƏK, İLAHİ? - ETİRAZ

İçimizdəki xainləri NƏ EDƏK, İLAHİ?
Öz içimizdə Azərbaycanın döyüş meydanında, hərb qaydaları ilə erməni hərbçilərə qarşı davranışlarını əlində bayraq tutaraq azərbaycanlıların vəhşi obrazını yaratmağa çalışan AŞOT və Haykanuş nəvələri var.
Cəmiyyətin sağlam düşüncəli insanları da onların üzünə tüpürməyi bacarır. Ancaq o qədər sırtılıblar ki, bir üzlərinə tüpürəndə, o birini çevirirlər.
İndi Ermənistanda azərbaycanlı hərbçinin əli-qolu bağlı vəziyyətdə vəhşicəsinə döyülməsini göstərən video yayılıb. Görəsən, həmin bala AŞOT və kiçik HAYKANUŞlar səslərini çıxaracaqmı? İnanmıram.
Erməniləri bildik, xislətləri belədir, nə sülhdən qanırlar, nə də müharibədən dərs çıxarırlar.
Sarkisyana haqq qazandıran, bircə cümlə də Xocalı soyqırımı haqqında danışmayan, Paşinyanı demokratiyanın qalası hesab edən yerli demokratlar erməni vəhşiliyini necə dilə gətirsin? Allah heç kimi sizin gününüzə salmasın.

Aqşin KƏRİMOV 

SİAM.AZ
Tarix: 13-04-2023, 17:06
Xəbəri paylaş





Xəbər lenti