Məmurlar `Əmək Məcəlləsi`ni pozmaqdan NİYƏ ÇƏKİNMİR? - Bunu qanun pozuntusu hesab etmirlər...


Məmurlar `Əmək Məcəlləsi`ni pozmaqdan NİYƏ ÇƏKİNMİR?
Baxmayaraq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi də normativ hüquqi aktdır, qanundur, lakin, bir çox vəzifəli şəxslər Əmək Məcəlləsini qanun və ya normativ hüquqi akt,bu Məcəllənin tələblərinin pozulmasını isə qanun pozuntusu hesab etmirlər. Əmək Məcəlləsini qanun hesab etməyənlərlə yanaşı, başqa qanunlara nisbətən onu 2, 3, 4 və ya 5-dərəcəli və ya əhəmiyyətsiz qanun hesab edənlər də çoxdur. Hətta digər normativ hüquqi aktları (məsələn, Mülki, Mənzil, Cinayət Məcəlləsi və s) pozmaqdan qorxan və ya az pozan vəzifəli şəxslər nədənsə Əmək Məcəlləsinin tələblərinin pozulmasından çəkinmirlər. Bu pozulma halları xüsusən: əmək müqaviləsinin bağlanması, əmək haqqının ödənilməsi (gecə saatları, istirahət və qeyri iş günlərində, normadan artıq, susuzluğa, zərərli, iş şəraitinə görə, dəniz əmsalı və s. ödəmələr), əməyin mühafizə qaydalarının pozulması, peşəkarlığa görə ödəmələr, işçilər arasında diskriminasiya və sair sahələrdə olur. Baxmayaraq ki, Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən: işəgötürənlər, bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azər Quliyev - NHMT
DİA.AZ
Tarix: 19-04-2023, 00:06
Xəbəri paylaş





Xəbər lenti