Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ - FOTOLAR


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə xanım Abbaszadənin adı bu vaxta qədər çox qalmaqalda hallanıb. Çox ittihamların hədəfi olub Məelykə xanım. Və bu gün aydın olanı odur ki, zamanında hətta keçmiş təhsil naziri Misir Mərdanovla belə kəllə-kəlləyə gələn Məelykə xanım bu gün təhsillə bağlı mövqeyinə görə, ünvanına səslənən ittihamlar sarıdan haqlı imiş. Hər halda bu gün durduğu mövqe belə deməyə əsas verir.

DİA.AZ bildirir ki, M.Abbaszadə bu günə qədər neçə-neçə nazir yola salsa da, ünvanına neçə-neçə ittihamlar səslənsə də, bütün bu ittihamları uğurla dəf edə bilib. Amma bu dəfə hörmətli DİM rəhbəri tamam fərqli məsələ ilə bağlı izahat vermək zorundadır. Təbii ki, yenə də məsul olduğu sahə ilə bağlı... amma bu dəfə iş başqadır...

DİA.AZ-a yazan vətəndaşlar Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional İdarəsinin binasının hazırki acınacaqlı durumundan giley edir və iddialarını fotolarla sübutlayırlar.

Biz də DİA.AZ olara həmin binanın fotolarını təqdim edirk:

Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ

Hər halda Məleykə xanım bu binanın vəziyyətinə bir izahat verə biləcək... buna ümid edirik...

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...


***

Qeyd edək ki, artıq bu fotolarla bağlı DİA.AZ-a münasibət açıqlanıb. və fotolar göndərilib.

DİM-in Xaçmaz regional bölməsinin bölmə müdiri, Faiq Nadirsoyun adından göndərilən açıqlamada deyilir:

"Saytınızda (www.dia.az) gedən 19.04.2023 tarixli, saat 16:07 xəbərində

(https://www.dia.az/8/373941-meleyke-abbaszade-hem-de-buna-cavabdehdr.html)

dərc olunan şəkillərin xəbərdə adı çəkilən Dövlət İmtahan Merkezinin Xaçmaz regional İdarəsinə (red. Əsasnamə ilə həmin qurumun rəsmi adı Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional Bölməsi) aidiyyəti yoxdur. DİM-in Xaçmaz regional bölməsi Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç. 7b ünvanında yerləşir və bölmənin inzibati binasının hazırkı görüntülərini, həmçinin bölmənin rəsmi Feysbuk səhifəsinin keçidini sizinlə paylaşıram".

Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Xaçmazdakı regional idarə ilə bağlı YENİ GƏLİŞMƏ
Tarix: 19-04-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti