"Növbəti müharibə Azərbaycanda başlayacaq" - Gennadi Qudkov

"Növbəti müharibə Azərbaycanda başlayacaq" - Gennadi QudkovVladimir Putin

Qərbin Rusiyanın müharibədə məğlubiyyətindən sonra hazır fəaliyyət planı olmalıdır. Əgər Rusiya prezidenti Vladimir Putin ölkəsini nüvə silahına malik “nəhəng Şimali Koreyaya” çevirə bilsə və onu hakimiyyətdən uzaqlaşdıra bilməsələr, dünya tezliklə yeni müharibə ilə hədələnəcək.

Bizimyol.info xəbər verir ki, bu fikri rusiyalı müxalifətçi, FSB-nin istefada olan polkovniki Gennadi Qudkov “Orestokratiya” layihəsinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Putin "hamını gələcəkdən məhrum edib", çünki Rusiya Federasiyası sanksiyalar, "həyata ən ciddi məhdudiyyətlər" altında qalacaq və Kreml rəhbəri bunu mükəmməl başa düşür.
"Bu, avtomatik olaraq hakimiyyətin dəyişməsi, devrilməsi demək deyil, bu, o deməkdir ki, xüsusi plan olmalıdır, təəssüf ki, hələ ki, heç kim onun üzərində işləmir. Biz indi siyasi müstəvidə bu mövzunu düşünməyə çalışırıq. Qərb koalisiyasının dairələri isə deyirlər ki, “uşaqlar, bizim Ukraynaya qalib gəlmək vəzifəmiz var, sonra düşünəcəyik.”
Lakin sonra artıq gec ola bilər, çünki Putin həqiqətən ölkəni nəhəng Şimali Koreyaya çevirsə və onu hakimiyyətdən uzaqlaşdıra bilməsələr, bu, ən çətin variant olacaq, heç bir sülh gətirməyəcək və təəssüf ki, yaxın gələcəkdə yeni müharibə gətirəcək”, - deyə Qudkov bildirib.
O qeyd edib ki, Putin son vaxtlar iki dəfə FSB-yə müraciət edib ki, “xalq düşmənlərini ifşa etməyə” başlamaq lazımdır. “Bununla da repressiyalar artmağa başlayır. Hələlik Kremli tənqid edən rus “vətənpərvərləri” çox da təsirlənmir, çünki Kremlin siyasi texnoloqları onların tənqidini faydalı hesab edirlər. Onların fonunda Putin guya “daha təmkinli görünür”.
Amma onların tam proqramla “şillələnməyə” başlaması çox da uzaqda deyil... Putin Rusiyanı Şimali Koreyaya çevirsə, bu, böyük ölçüdə fəlakət olacaq. Növbəti müharibə Azərbaycanda başlayacaq. Qazaxıstana, Gürcüstana, bəlkə də Ermənistana qarşı qısamüddətli müharibələr baş tuta bilər. Bu proseslər birinci mərhələdə başa çatdıqdan sonra Qərbdə hərbi əməliyyatların bərpası planları ola bilər. Ona görə də vəziyyət elədir ki, dünyanın ciddi planı olmalıdır",- deyə müxalifətçi vurğulayıb.
Qudkovun sözlərinə görə, Putin üçün “müharibəni uduzduğu aydın olan kimi” hakimiyyətdən uzaqlaşdırılma təhlükəsi hələ də mövcuddur. İndi o, hamını inandırmağa çalışır ki, vaxt Moskvaya işləyir və “hamının səbri və resursları tükənir”.
Tarix: 19-04-2023, 23:22
Xəbəri paylaş





Xəbər lenti