Aqrar təhsilimizin FACİƏLİ AKKORDLARI... - Dekan postu SATIŞA ÇIXARILIB...?


Aqrar təhsilimizin FACİƏLİ AKKORDLARI... -
"Sabiq nazir İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

ƏVVƏLİ BURADA: NAZİRİN NƏZƏRİNƏ: ADAU bir təhsil ocağıdırmı? - ŞOK FAKTLAR AÇIQLANIR...

Məqalənin davamında deyilir: "Bəşir Bağırzadə hansı qanuni işdən danışır ki, üç müəllim Bakıda öz işləri məşğul olur, amma eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində adlarına dərs yükü var?


Zəfər Qurbanov hansı üzlə deyir ki," mən olan yerdə rüşvət ola bilməz"? Cənab rektor, sənin idarəçiliyin altında dekan Famil Nəsibov HƏBS OLUNDU... Məhkəmə qərarı ilə işindən azad edildi... Və ya hazırda "işi xod gedən", hər tələbədən 2 min manat alaraq elmi işlərini yazdıran kafedra müdürü Zahir Ələsgərovun əməllərindən kimə deyəsən?

Hələ fakültələrdə qiyabi şöbəni ayırıb ayrıca şöbə yaratmaq istəyən Zəfər Qurbanov şöbəni ayırmamış qiyabi şöbəyə dekan axtarır. Qiyabi şöbəyə dekanı isə Bəşir Bağırzadə axtarır. Sanki şöbə dekanlığı Bəşir Bağırzadə tərəfindən hərraca çıxarılıb... Dekan olmaq istəyənlərin təkliflərini öyrənib Zəfər Qurbanova çatdırır...

Yəqin ki burdada kim çox pul versə, həmin şəxs dekan olacaq.

Universitetdə rəsmən özbaşınalıq höküm sürür..."

Yazının davamı MÜTLƏQ OLACAQ...

Yazıda iddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 22-04-2023, 13:06
Xəbəri paylaş





Xəbər lenti